MədəniyyətMəşhurlar

Sia’nın yeni klipi rekordları qırdı

767views

 

Repçi Kendrick Lamar ilə müştərək “Greatest» adlı mahnıya çəkilən yeni klip, 24 saat keşməmiş 4 milyondan çox baxılıb.

Həmişə olduğu kimi Sia kadrlardan uzaq düşüb – əsas obrazı yenə də 13 yaşlı «Chandelier”in ulduzu Maddie Ziegler canlandırıb.

Klipdəki səhnə hərəkətlərinə Ryan Heffington müəlliflik edib. Bu dəfə Ryan bir tək Maddie’ə deyil düz 49 uşağa təlim keçib.


Heyranları düşünür ki, Sia bu musiqili videonu Orlando gecə klubu faciəsin də, ölən 49 cavana həsr edib – klipdə də məhz bu say qədər uşaq yer alıb.


Klipin başlanğıcında əsas qəhrəman cansız bədənlərin arasındadır, onları hər vəclə oyatmağa çalışır. Süjet yenə də onların ölməsi ilə bitir.
Müğənni yeni layihəsi ətrafında dolaşan fərziələrə heç bir fikir bildirməyib.