Təbiət

Səhra çölləri insan təsiri ilə yaranıb?

1.53Kviews

Elm adamları, Şimali Afrikada səhra zonasının çölləşməsində insan icmalarının həlledici təsiri olduğunu irəli sürüblər.

Cənubi Koreyanın Seul Milli Universitetindən arxeoloq Devid Rayt, səhra zonasının 10 min il əvvəl yaşıl və bərəkətli tropik bir bölgədən necə çöllüyə çevrilməsi məsələsində yeni bir tezis ortaya atıb.

Rayt tezisində, iqlim və bitki örtüyündə dəyişikliyi, dünyanın orbitinin dəyişməsi ilə ortaya çıxan təsirlərinə bağlayan ənənəvi açıqlamaların əksinə, kənd təsərrüfatı və heyvandarlıqla məşğul olan insan icmalarının bitki örtüyündə yaratdığı təxribatın iqlimsəl dəyişikliyə təsir etdiyini irəli sürüb.

Bölgədə heyvandarlığının ortaya çıxışına dair arxeoloji tapıntılarla, çölləşməyə doğru olan dəyişikliyə işarə edən kol bitki örtüyünün ortaya çıxışını müqayisəli olaraq araşdıran Rayt, 8 min il əvvəl Nil hövzəsi ətrafında yaşayan insan icmalarının qərbə köç etməsi ilə eyni zamanda kol bitki örtüyünün yayılmağa başladığını müəyyən edib.

Aqrar istehsalın artması regionun ekologiyasına dərin təsir etdiyini bildirən Rayt, heyvandarlığın bitki örtüyünü azaltması “albedo” deyilən, yer səthinin günəş şüalarını əks etdirmə təsirinin artdığını, bunun da atmosferi qızdıraraq musson yağışlarının əmələ gəlməsinə mane olduğunu bildirib.

Rayt, azalan musson yağışlarının da çölləşməyə və bitki örtüyü itkisinə yol açdığı və bu dövriyyənin nəhayət 9,4 kvadrat kilometrlik nəhəng bir çöl zonası yaratdığını bildirib.

Rayt, nəzəriyyəsini bölgədəki qədim göl yataqlarından alınacaq bitki örtüyü qeydiyyatları ilə sınayıb, daha irəli arxeoloji faktlarla dəstəklənəcəyini vurğulayıb.

Araşdırmanın nəticələri, “Frontiers in Earth Science” jurnalında dərc olunub.