MəşhurlarMusiqi

Bob Dylan və beşinci mükafat

852views

 


“Əzəmətli Amerika mahnı adət ənənələri çərçivəsində yeni poetik ifadələr yaradılması”  mükafatı ilə təltif olunur..


Alfred Nobelin profili həkk olunmuş  mukafatdan ziyadə o, – 1 milyon İsveç kronu, təxminən 933,6 min dollar pul mükafatı da qazandı.

Dünya incəsənətinin ən nüfuzlu beş mükafatı qalibi Robeɾt Allen Zimmeɾman və ya səhnə adıyla Bob Dilan kimi tanınan Ameɾikalı musiqiçi və yazaɾ: “Oskar”, “Grammy”, “Qızıl Globus” və nəhayət  2016cı il 13 Oktyabr tarixindən “Nobel mükafatı” sahibidir. Nə olursa olsun həmişə poeziya və səmimi hissləri ön planda qoyan biri bu mükafatlara laiq idi.

Bob Dilan 1941ci il 24 May tarixində Minnesota əyalətinin Dulut şəhəɾində Kiçik tacir ailəsində dünyaya göz açıb. 10 yaşında ikən Bob ilk şeir cızma qaralarını etməyə başlayır. Hələ o vaxtlar ən sevdiyi musiqi aləti dodaq qarmonu idi.
1d1288ca7d392f89e0d58dbe29e0f87f
Orta məktəbdə oxuyarkən Bob fərqli kafe və barlarda milli musiqi ifaçıları ilə birgə səhnə almağa başlayır. Nyu Yorkun küçələrini böyük inamla, gitarası ilə dolaşan gənc 20 yaşlı Bob, ulduzunun bir gün parlayacağına inanırdı.

favim-com-5244
Uşaqlıqda çox vaxt Blüz dinləyən Bobu daha sonra Xenk Uilyams və Vudi Qatrinin folk-musiqisi valeh edir. Həyatında cəmi bircə dəfə gördüyü Qatrinin oxuma tərzini, qitarada  özünəməxsus ifasını özundə mənimsəyən Bob, elə musiqi fəaliyyətinin ilk addımlarında da, repertuarını əsasən məhz onun mahnılarından ibarət zəngin edir.

Qaρağında New York küçələrində sevgilisi Suze Rotolo ilə birlikdə çəkilmiş fotoşəkilləri həkk olunmuş  “The Freewheelin ‘Bob Dylan” adlı ilk albomu 1963cü ildə satışa çıxır, və Amerika musiqi çartlarında 22 ci yeri tutaraq platin mükafata laiq görülür.

the_freewheelin_bob_dylan


Bu albomdan olan “Blowin ‘In The Wind” adlı parça hər kəsin dilində əzbər olur, burda Bob özünə daha da güvənir və ən yaxşı olmağa qərar verir.


hl_dds_1024434nba4mhhkkoİlk albmunda Dilanın öz bəstələdiyi mahnı sayı 2 idisə, növbəti 2ci albomunda əksinə cəmi 2 mahnı onun bəstəsi deyildi.

Yazdığı sətrlərdə döyüşlərin anlamsızlığından eşqdən, Tanrıdan, sevgidən bəhs edən Bob karyerası boyunca çox ləqəblər ilə təqdim olunandan sonra, sonunda ən sevdiyi şair Dilan Tomasın familyasında dayanır və o gündən Bob Dilan kimi məşhurlaşmağa başlayır. 1962ci ildən rəsmi şəkildə Bob Dilan kimi tanınan bu musiqiçini, musiqi mədəniyyətinin əsas jurnalı Rolling Stones onu məşhur The Beatles qrupundan sonra ən nüfuzlu musiqiçilər sırasında adını birinci qeyd edib.

ray-ban-bob-dylan

Bob yazdığı şeirlərə qarşı o qədər həssasdır ki, hətta Time Out of Mind adlı albomu üzərində hazırlıq dövründə, ürəyindəki problemlər ucbatından xəstəxanaya yatırılmışdır. Yəqin ki, şeirləri ele bu cür yazmaq lazımdır poeziyanı bu cür dərindən hiss edərək hiss etdirərək yazmaq lazımdır ki, sonda ədəbiyyat sahəsində səni Nobel Mükafatına laiq görsünlər. Fəaliyyəti boyunca uzun illərdir dinləyicilinə birnöv ədəbiyyat müəllimi olmuş Dilan onları özü ilə poeziyanın dəryalarına qərq edirdi.

Cari Nobel mükafatını da müasir poeziyaya özünə məxsus yanaşması, milyonlarla tamaşaçısının söz lüğətinin inkişafı xidmətləri sayəsində, qazandı. Dinləyicinin ağıl və ürəyinə poeziyanı instrumental müşayiət ilə çatdıran Dilanın poeziyası Şimali Amerika məktəblərində tədris olunur.

Bob Dilan 75 yaşında hələdə həvəslidir hələdə yazır, 13 oktyabr tarixindən etibarən konsert turnesinə çıxıb, Şimali Amerika və Avropanın müxtəlif şəhərlərində etdiyi konsert yazılarından ibarət 36 ədəd rekord sayda nəşr olunmuş albomların hazırlanmasına şəxsən özü nəzarət edib. Mükafatın təqdim olunması 2016cı il dekabr ayının 10da gerçəkləşəcək.

20130927092102-3a98e67f