FenomenSosial

Gənc qızın məşhur İnstagram hesabı sosial reklam çıxdı

1.02Kviews

25 yaşlı qız Luis Delaj avqustun 1 İnstagramda qeydiyyatdan keçir və şəkillər əlavə edir. Bir həftə ərzindən izləyici sayı 50.000-ə çatır.
2 ay boyunca gənc xanım hesabına fotolar yükləyir: gəzintilər, yığıncaqlar – əyləncəli, qayğısız həyat.

Gənc qızın fotolarının isə ümumi bir xsüsiyyəti var – alkoqol.

Bütün fotolarda Delaj ya bokalla dayanıb ya da kadr arxasında bir şüşə spirtli içki var.

alk1 alk2

Sentyabrın sonunda isə fransız reklam agentliyi BETC Luis Delajın Instagram hesabının onlara məxsus olduğunu açıqlayıb. Belə ki, gənc qızın profili gənclər arasında  alkoqolizmlə mübarizə kampaniyasının bir hissəsimiş.
alk4alk3

Gənc qızın hesabındakı son paylaşımı isə həmin kampaniyanın video-izahatı olub:

Siz nəyi bəyəndiyinizin fərqidəsiniz? Beləcə yaxınlarınızın da asılılığından bixəbər ola bilərsiniz.

alk

Kampaniyanın yaradıcıları qeyd edir ki, gənc qızın “asılılığı” yalnız 1-2 nəfərin nəzərinə çarpıb, qalan izləyicilər isə “əyləncəli” həyatı dəstəklədiklərini bildiriblər.

https://www.instagram.com/p/BKpxDmOhjaD/?taken-by=louise.delage