Futbol

Ronaldo’ya Çin klubundan tarixi təklif

Ronaldoya Çin klubundan tarixi təklif
877views

Oscar və Carlos Tevez transferləri ilə futbol dünyasını təəccübləndirən Çin klublarının növbəti hədəfi Cristiano Ronaldo olub.

Ronaldo’nun meneceri Jorge Mendes, adını açıqlamadığı Çin klubundan inanılmaz bir təklif aldıqlarını söyləyib. Mendes’in sözlərinə görə klub Real Madridə 300 milyon avro, Ronaldoya isə illik 100 milyon avro təklif edib.

Ancaq Ronado təklifi düşünmədən rədd edib.

Qeyd edək ki, keçən həftələrdə Real Madrid ilə müqaviləsini 2021-ci ilə qədər uzadan 31 yaşındakı futbolçu, 10 il daha Real Madrid formasını geyinmək istədiyini açıqlamışdı.