MəşhurlarMusiqi

Rock’n roll əfsanəsi Chuck Berry vəfat etdi

Chuck Berry
1.13Kviews

Rock’n roll əfsanəsi Chuck Berry, 90 yaşında həyatını itirib.

Məşhur musiqiçinin Amerika Birləşmiş Ştatlarının Missouri əyalətindəki evində huşunu itirmiş şəkildə tapıldığı ancaq həyata qaytarmaq cəhdlərinin nəticə vermədiyi bildirilib.

‘Maybeline’, ‘Roll Over Beethoven’ və ‘Sweet Little Sixteen ” adlı mahnılar Amerikalı musiqiçinin ən məşhur mahnıları olaraq göstərilir.

Xatırladaq ki, The Beatles qrupunun solisti John Lennon, “Rock’n roll’a başqa bir ad verməyə çalışsaydıq, buna” Chuck Berry ” deyə bilərdik” ifadəsini işlətmişdi.

Chuck  Berry, 1985-ci ildə Grammy tərəfindən “Həyatı Böyük Müvəffəqiyyət” mükafatına layiq görülmüşdü.