Dünya

Elmi araşdırma : “Spirtli içki seksual davranışlarda utanc hissini azaldır”

708views

İsveçrə’nin Basel Universiteti Xəstəxanası’nda aparılan araşdırmalara görə spirtli içki qəbul edən insanlarda, seksual davranışlardan utanma azalır.

Araşdırmaya əsasən , bu təsir qadınlarda kişilərə nisbətən daha çoxdur.

‘European College of Neuropsychopharmacology’nin (ECNP) Vyana’da keçirdiyi konsfransında təqdim olunan araşdırma nəticələrinə əsasən, qeydə aldıqları proqram çərçivəsində spirtli içki qəbul edən insanlar qısa bir vaxt sonra daha sosial və xoşbəxt görünməyə başlayıblar.

Spirtli içkinin bu tərzdə təsirlərinin açıq aydın görsəndiyini söyləyən lahiyənin rəhbəri Pr. Matthias Liechti, bu mövzuda kifayet qədər araşdırma olmadığından belə bir addım atdıqlarını bildirib.

Spirtli içki qəbul etmənin insanı daha rahat bir vəziyyətə gətirdiyini bildirən Liechti, yaşları 18-50 arası olan 60 nəfər üzərində apardıqları araşdırma müddətində, içki qəbul edən qrup üzvlərinin seksual görüntülərə daha aktiv reaksiya verdiklərini müşahidə ediblər.

Sözü gedən araşdırma haqqında açıqlama verən Amsterdam Universitetinin proffessoru Wim van den Brink , əldə edilən nəticələrin hər kəsdə eyni olmadığını bidlirdi. Proffessorun fikrincə insanların spirtli içkiyə verdiyi reaksiya hər insanda fərqlidir və spirtli içkinin qana qarışma nisbəti və sürəti də bu məsələdə önəmli rol almaqdadır.