Azərbaycan Premyer Liqası

“Qarabağ” AZAL-ı darmadağın etdi

672views

Topaz Premyer Liqasının 4-cü turunun “Qarabağ” – AZAL matçında erkən qol vurulub. Ağdam klubu görüşün 2-ci dəqiqəsində hesabı açıb. Reynaldo  topu AZAL-ın qapısından keçirib.

Ağdam klubu 42-ci dəqiqədə hesab fərqini artırıb. Maksim Medvedevin zərbəsi qarşısı alınmaz olub.

Qurban Qurbanovun komandası 45-ci dəqiqədə hesabı 3:0 edib. Reynaldonun ötürməsindən sonra Dani Kintana topu ustalıqla saxlayıb. Miçel isə çərçivəni dəqiq nişan alıb – 3:0.

İkinci hissədə də üstünlüyə malik olan “Qarabağ” 59-cu dəqiqədə daha bir qol vurub. Dani Kintana yaxın küncü dəqiq nişan alıb.  Bundan 5 dəqiqə sonra Reynaldo dublunu rəsmiləşdirib. Braziliyalı futbolçu uzaq doqquzluğu dəqiq nişan alıb – 5:0.

Hücumlarını davam etdirən Ağdam klubu 66-cı dəqiqədə 6-cı qolu vurub. Maksim Medvedev dublunu rəsmiləşdirib.

Beləliklə, “Qarabağ” AZAL-ı 6:0 hesabı ilə darmadağın edib.

Elnur Cəfərov
idman xəbərləri yazarı