Futbol

“Qarabağ” – “Slovan” matçının hakimləri açıqlandı

860views

UEFA Avropa Liqasının qrup mərhələsinin ilk oyunları çərçivəsində “Qarabağ” – “Slovan” matçının hakim təyinatları açıqlanıb. Görüşü isveçrəli hakimlər briqadası idarə edəcək. Oyunun baş hakimi Stefan Klossner olacaq. Ona həmyerliləri Raffael Zeder və Yan-Yves Viçt kömək edəcək. Dördüncü hakim Yohannes Voqel olacaq.

Qeyd edək ki, “Qarabağ” – “Slovan” matçı sentyabrın 15-i “Dalğa Arena”da keçiriləcək.

Elnur Cəfərov
idman xəbərləri yazarı