
“Amerika Açıq” tennis turnirində dünən axşam keçirilən yarım finallardan sonra finalçılar məlum oldu.
Sezonun son “Böyük Dəbilqə” turniri olan “Amerika Açıq” tennis turniri artıq başa çatmaq üzrədir. Dünyanın 1 nömrəsi olan serb Djokovic fransız Monflis ilə qarşılaşmada ilk 2 setdə 6:3, 6:2 hesabı ilə qalib gəldi. 3-cü setdə çiyinindən zədə alan Djokovic 6:3 hesabı ilə məğlub oldu. Son setdə zədə fasiləsi alan Djokovic son setdə 6:2 qalib gələrək yekunda 3-1 hesablı qələbə ilə finala vəsiqə qazandı.
Serbiyalının finaldakı rəqibi isə isveçrəli Wawrinka olacaq. İlk setdə Nishikoriyə 6:4 məğlub olmasına baxmayaraq, isveçrəli digər 3 setdə 7:5, 6:4, 6:2 hesabı ilə qalib gələrək yekunda 3-1 hesablı qələbə ilə finalda Djokovicin rəqibi olacaq. Final Sentyabrın 11-i baş tutacaq.