Futbol

Fiorentina’nın futbolçusu: ‘Azərbaycana qələbə dalınca gedirik’

729views

“Bizi çox vacib oyun gözləyir. “Qarabağ”la qarşılaşma çox önəmlidir”.

Bu sözləri “Fiorentina”nın yarımmüdafiəçisi Federiko Bernardeski İtaliya mətbuatına açıqlamasında deyib.

Florensiya təmsilçisi Avropa Liqasının qrup mərhələsinin son turunda Bakıda “Qarabağ”ın qonağı olacaq. İtaliya millisinin üzvü oyun öncəsi iddialı danışıb: “Bu matç qrupda 1-ci yerin taleyinə aydınlıq gətirməlidir. Qrupu lider kimi başa vurmaq istəyirik.  PAOK-a 90+3-cü dəqiqədə buraxılan qolla məğlub olduq. Bu məğlubiyyətin təsadüf olduğunu təsdiqləyəcəyik. Azərbaycana qələbə dalınca gedirik. Çünki  qrupda 1-ci olmalıyıq”.

Qeyd edək ki, dekabrın 8-də keçiriləcək “Qarabağ” “Fiorentina” oyunu saat 20:00-da başlayacaq.