Şəbəkə

‘Otxod’ sözü ilə son günlərin sevilməyən fenomeni olan Astan Şahverdiyev, üzr istədi

811views

Milli Məclisin deputatı Astan Şahverdiyev böyük ictimai rezonansa səbəb olan açıqlamasına görə, Azərbaycan xalqından üzr istədi.

Bu haqda Modern.az-a saytına danışan deputat səhvini anladığını vurğulayıb:

“Mən Astan Şahverdiyev, 24 dekabr 2016-cı ildə “Azadlıq radiosu”na verdiyim açıqlama və müxtəlif saytlarda yerləşdirilmiş materiallarda göstərilən məsələlərlə bağlı səhvimi başa düşürəm. Ölkə daxilində, xaricdə yaşayan bütün azərbaycanlılardan, xalqımdan üzr istəyirəm”.

İki gün ərzində özünə və ailəsinə çoxlu sayda zəng və mesajların gəldiyini bildirən deputat Astan Şahverdiyev, məsələnin bu yerə qədər çatmasına təəssüf etdiyini qeyd edib.

Xatırladaq ki, hadisə məhz aşağıdakı səs yazısı ilə baş vermişdi:

https://www.youtube.com/watch?v=aR2TlqFjsKs

Bunun ardından ictimai media, yerli insanlar və xaricdə yaşayan Azərbaycan vətəndaşları tərəfindən kütləvi şəkildə narazıçılıqlar baş qaldırmışdı. Yaranmış vəziyyət qarşısında internet üzərində bir çox videolar çəkilərək yayımlanmış, hətta üzr istəməsi üçün 2 gün müddət belə deputata verilmişdi.

Aşağıda yayımlanan videolarda bir sıra etiraz görüntülərini görə bilərsiniz:

https://www.youtube.com/watch?v=CQqbXEIS3Gk

https://www.youtube.com/watch?v=KdFXJ6g0GMQ

https://www.youtube.com/watch?v=WKHgEcimehE&t=31s

https://www.youtube.com/watch?v=-8KTq7dbKFY

Hadisələr bu yerə qədər inkişaf etdiyi bir müddətdə tanınmış simalarda bu məsələdə aktiv şəkildə iştirak etməyə başladı. Təbii ki, bunların ən başında həmişəki kimi tanınmış reper Uran yer aldı:

https://www.youtube.com/watch?v=XfD-Gtu3P0U

Təbii ki, hadisələrin bu yerə qədər gəlib çıxması xoşa gəlməz hesab edilə bilər. Lakin deputat mandatına sahib Astan Şahverdiyev’in ifadələri birbaşa Azərbaycan millətinin sosial statusunu aşağı salmaqdan başqa bir açıqlama ilə başa düşünülə bilməz. Ən azından bunu unutmaq olmaz ki, cinsindən, irqindən, sosial durumundan, vəzifəsindən və mandatından asılı olmayaraq heç kimin bu milləti aşağılamağa haqqı və hüququ yoxdur.