Siyasət

Şinzo Abe’dən ‘Pearl Harbor’ görüşü öncəsi simvolik ziyarət

704views

Yaponiya baş naziri Şinzo Abe simvolik əhəmiyyət daşıyan Hawaii ziyarətinin ilk günündə Milli Abidə Mezarı’nı ziyarət edib. Nazir burada, İkinci Dünya Müharibəsi zamanı Yaponiyaya qarşı döyüşərək həlak olan Amerikalı əsgərlərlərin məzarına gül çələngi qoyub.

Şinzo Abe, üç gün davam edəcək səfəri çərçivəsində sabah Amerika Birləşmiş Ştatları prezidenti Barak Obama ilə birlikdə Pearl Harbor’ı ziyarət edəcək. Nazirin, Yapon hücumları zamanı ölən Amerikalı əsgərlərin yatdığı USS Arizona Xatirəsi qarşısında Obama ilə birlikdə dünyaya sülh mesajları göndərəcəyi gözlənilir.

yaaz.az Şinzo Abedən tarixi Amerika ziyarəti

Xatırladaq ki, Yaponiya İmperiyası Hava Qüvvələri, 75 il əvvəl həyata keçirilən hücumda Pearl Harbor’dakı Amerika hərbi dəniz bazasını bombalamış və Birləşmiş Ştatların İkinci Dünya Müharibəsinə girməsinə səbəb olmuşdu.