Günəşə ən yaxın ulduz olan Proxima Centaurinin orbitində okeanla örtülü planet kəşf edildi.
Fransa mərkəzli CNRS araşdırma institutu, Günəşə ən yaxın ulduz olan Proxima Centaurinin orbitində olan Proxima b adlı planetin səthində okean yerləşdiyi kəşfini bildirib. Fransız mütəxəssislər hələ planetin səthinin nə dərəcədə bir su ilə örtülü olduğuna dair konkret bir məlumat əldə edə bilmədiklərini ancaq Proxima b-nin dünyayla ciddi oxşarlıqlar daşıdığını qeyd edib. Dünyadan 4 işıq ili uzaqda olan planetin həcminin yüzdə 50’sinin su, yüzdə 50’sinin isə qayalıqlardan ibarət olmasının mümkün olduğu qeyd olunub. Bu ssenariyə görə, Proxima b-nin səthinin tək və 200 kilometr dərinlikdə okean təbəqəsi ilə örtülü olduğu ehtimal edilir. Digər bir ssenariyə görə dünyanın 1.3 qatı böyüklükdə olan planetin səthindəki su, Proxima b-nin kütləsinin yalnız yüzdə 0.05-ni tuta bilər. CNRSDEN edilən açıqlamada “Proxima b-nin ətrafı, eynilə dünya kimi bir qaz təbəqəsi ilə əhatəli ola bilər. Bu da bu planeti yaşanıla bilən edir” ifadələrinə yer verilib.