MaraqlıMəşhurlar

Məşhurların çılpaq şəkillərini yayımlayan şəxsə 9 ay həbs cəzası

Meshhurlarin cilpaq shekillerini yayan shexsin cezasi çelum olub
850views

Jennifer Lawrence, Kirsten Dunst, Kate Upton kimi dünyanın məşhur ulduzlarının şəxsi hesablarını əl keçirən  Edward Majerczyk’ə 9 ay həbs cəzası verilib.

Edward Majerczyk 2014-cü ildə, ‘şəxsiyyəti ələ keçirmə’ sistemi yaradaraq məşhurların internetdəki istifadəçi adlarını və şifrələrini ələ keçirmiş ardından isə məşhurlara aid bir neçə çılpaq fotoşəkillər internetdə yayılmışdı.

Majerczyk, keçən il informasiya oğurluğu adı ilə mühakimə olunduğu məhkəmədə günahını etiraf etmişdi. Majerczyk’nin vəkili Thomas Neddham isə müvəkkilinin depressiyada olduğunu iddia etmişdi.

Edward Majerczyk 9 ay həbslə bərabər, adı açıqlanmayan bir məşhurun şəxsi fotoşəkillərini internetdə paylaşması səbəbindən 4 min 900 funt sterlinq dəyərində təzminat cəzası alıb.