İnternetXəbərlər

Google’da necə reklam yerləşdirə bilərsiniz ?

1.2Kviews

Google Adwords’də reklam yerləşdirmənin mərhələ-mərhələ izahı.

Google həm dünyada həm də Azərbaycanda ən çox istifadə olunan məlumat axtarış sistemidir. Google tərəfindən idarə olunan Adwords adlı sistem isə axtarış edən və ya fərqli saytlara giriş edən insanlara reklamlar təqdim etməkdədir. Google, internet istifadəçilərinin axtarış vərdişlərini, profillərində və internet gəzintilərində daha çox yönəldiyi maraq dairələrini nəzərə alaraq reklamlarınızın düzgün insanlara və hədəflərə çatmasını təmin edir. Beləcə reklam üçün ayırdığınız büdcə dəqiqliklə düşünülmüş reklam strategiyasında uğurlu nəticələrə gətirib çıxardır. Eyni zamanda reklam büdcəniz az belə olsa digər reklam üsullarından fərqli olaraq rahatlıqla qəbul ediləndir.

Google Adwords hesabınızı açdıqdan sonra şirkətiniz üçün ən uyğun strategiyanı seçməlisiniz. Yəni reklamların göstərilməsini istədiyiniz yerləri, reklamların yayımlanma vaxtını və şirkətinizə uyğun açar sözləri.

Google Adwords hesabını necə aça bilərsiniz?

Google tərəfindən təqdim olunan reklam xidmətlərindən faydalana bilmək üçün ilk olaraq Google Adwords sistemində qeydiyyatdan keçməlisiniz. Google Adwords hesabını yaratmaq üçün ilk mərhələ Gmail hesabı açmaqdır. Əgər Gmail hesabınız varsa əlavəsinə ehtiyac yoxdur təbii ki. Google əsas səhifəsində sağ küncdə yerləşən “oturum açın” hissəsinə klikləyərək yeni hesab aça bilərsiniz.

Oturum açın linkinə kliklədiyinizdə açılan səhifədə “qeydiyyatdan keçin” yazısına klikləyərək hesabınızı yarada bilərsiniz. Burada yazacağınız məlumatlar düzgün məlumatlar olmalı və telefon nömrəniz düzgün qeyd edilməlidir. Bu səbəbdən telefon nömrəsi bölməsindəki istəkləri diqqətli doldurmalısınız. Bu həm də hesabınızın daha yaxşı qorunmasını təmin edəcək.

automotive-digital-marketing-reviews_1080x878

Gmail hesabınızı açdıqdan sonra artıq Google Adwords reklamlarınızı yayımlamaq mümkün hesab olunur. Bunun üçün gmail hesabınız vasitəsi ilə Adwords sistemində qeydiyyatdan keçə bilərsiniz. Bu mərhələni də keçmək üçün, adwords.google.com.tr ( adwords.google.com.ru) linkinə keçid etməlisiniz. Bu ünvana girdikdən sonra Gmail hesabınız vasitəsi ilə giriş etməlisiniz. Qarşınıza çıxan məkanı seç əmrini yerinə yetirdikdən sonra “davam et” linkinə klikləyərək davam etməlisiniz. Beləliklə “Adwords reklamı açın” görəcəksiniz. O düyməyə kliklədikdə isə artıq hesabınız hazır olacaqdır. Burada şirkətiniz ilə bağlı məlumatları qeyd etdikdən sonra reklamınızı yayımlamağa başlaya bilərsiniz.

Vector flat modern icons on sample background

Google reklam hesabına girdikdən sonra hesabınız ilə bağlı məlumatları yerləşdirməlisiniz. Buraya e-mail ünvanınız, ölkə, saat və hesab kartınızın məlumatları daxildir. Bu parametrləri istədiyiniz zaman dəyişdirə bilməyəcəyiniz üçün, diqqətli şəkildə düzgün məlumatları yerləşdirməlisiniz. Adwords, Şirkət strategiyanızı təyin edərkən və artıq tətbiqinə başlayarkən bu məlumatlara əsasən davranacağını unutmamalısınız.

Uğurlar.