İlk tirajı 1888-ci ildə, Vaşinqtonda yayımlanan “The National Geographic Magazine” jurnalı “National Geographic Society”-nin rəsmi yayım orqanıdır. Qurucusu Gardiner Greene Hubbard’dır.
Jurnal, 1910-cu ildən üz qapağı üçün seçdiyi sarı rəngi bu günə qədər dəyişməmişdir. İlk rəngli fotoşəkil isə 1914-cü ildə dərc olunub.
Bu gün dünyada 33 dildə yayımlanan Jurnalın tirajı ayda təxminən 12 milyondur. Halbu ki, jurnalın ilk yayım ilində bu rəqəm sadəcə 1 idi.
130 ilə yaxın tarixi olan Jurnal üçün, bu gün dünyanın fərqli ölkələrində yüzlərlə fotoqraf fəaliyyət göstərməkdədir. Dünyanın hər yerindən bizə görüntülər gətirən bu sənətçilərin şəkilləri bu gün,milyonlarla insan tərəfindən izlənilir.
Yaaz.az komandası @natgeo instagram səhifəsindən yayımlanan minlərlə foto arasından, kiçik bir bölməni seçib sizə təqdim edir.
“Zəhmətkeş İnsanlar”
İnsanı əmək ucaldır!