Kosmos

NASA Yupiterin ürküdücü səsini və ən yaxın məsafədən şəkillərini yayımladı – Video

1.65Kviews

Jüpiterin orbitinə göndərilən və keçdiyimiz aylarda orbitə girən Juno adlı kosmik gəmi bizə tarixi məlumatlar göndərməyə davam edir. Bu dəfə isə o Yupiterin səsini göndərib.

NASA tərəfindən Lockheed Martin’ə hazırlatdırılan və 5 il əvvəl inşası tamamlanan kosmik gəmi Juno, 5 illik səfərinin ardından keçdiyimiz aylarda Günəş Sisteminin ən böyük planeti Yupiterin orbitinə girmişdi.
Yupiteri araşdırmaq üçün göndərilən Juno, keçdiyimiz həftələrdə planetə 4 min 200 km ilə indiyə qədər insanoğlunun idarəsindəki ən yaxın keçişi etmişdi. Bu tarixi keçid ilə birlikdə Yupiter ilə əlaqədar daha əvvəl görülməmiş məlumatlar əldə etdik. Juno’nun göndərdiyi, Yupiterin daha əvvəl heç görülməmiş görünüşlərinə buradan baxa bilərsiniz.

Yupiterin ürküdücü səsi
Digər tərəfdən Juno, bu fotoşəkillərlə birlikdə Yupiterin radio emissiyalarını da göndərib. NASA isə bu radio emissiyaları bizim duyabiləcəyimiz səs aralığına çevirib və aşağıdakı videonu hazırlayıb.