Kosmos

Marsda nəhəng qaşıq tapıldı | Video

589views

Bu nə mənaya gəlir?

Marsın səthində qaşığa çox bənzəyən nəhəng bir yer kəşf edildi. Bu Marsda yaşayan mədəniyyətin dəlili ola bilərmi?

Kosmosla məşğul olanlar arasında Marsda bir mədəniyyətin yaşadığını irəli sürənlər hər zaman var olmuşdur. Keçdiyimiz günlərdə Marsın səthində müşahidə olunan obyekt isə onların üzünü güldürəcək növdən oldu. Çünki qaşıq surətindəki bu obyekt Marsda həyatın dəlili ola bilər.

Marsda qaşıq tapıldı

NASA daha əvvəl də Marsın səthində qaşığa bənzəyən bir cismin fotosunu bölüşmüşdü. Bununla bərabər üzük və əlcəyə bənzər cisimlər də müşahidə olunmuşdu. Bəzilərinə görə inkişaf etmiş sivilizasiya, qayaları şüurlu olaraq yonaraq bu obyektlərə çevirir.

Ortaya çıxan görüntülər internetdə də mübahisə yaradıb. Bəziləri “Bu quruluş həyatın dəlilidir” deyərkən, bəziləri isə “İnsan görmək istədiyini görür, bu beynimizin bizə bir oyunudur” şəklində düşüncələrə malikdir.

Hələ ki, bununla bağlı NASA-dan rəsmi bir açıqlama gəlməyib.