Dizayn

2016-cı ildə dizayn tarixinə damğa vurmuş 10 nərdivan

Casa Blanca - Peru
1.21Kviews

Hər şeyin ənlərinin seçildiyi ilin son həftələrində, ağla sığmaz memarlığı ilə bir sənət əsərinə çevrilmiş 2016-cı ili 10 nərdivan dizaynı.

2016-cı ilin cazibə qüvvəsinə meydan oxuyan pillələriylə gözə çarpan, şüşə ilə, metalla, fərqli rənglərlə bəzənmiş ən təsiredici 10 minimalist nərdivanı.

1. Vlooyberg Qülləsi – Belçika

Bütün hava vəziyyətlərinə davamlı olan bu qüllə cazibə qüvvəsinə meydan oxuyur. Qüllə Belçikalı Studiya Close to Bone tərəfindən hazırlanaraq ziyarətçilərinə bənzərsiz bir meşə mənzərəsi təqdim edir.

Vlooyberg Qülləsi - Belçika
Vlooyberg Qülləsi – Belçika

2. Londonda bir ev – İngiltərə

6 millimetr qalınlığında polad təbəqələr düzərək qaynaq edilib və bir tərəfi kərpic divara estetik bir şəkildə birləşdirilib. Digər tərəfi boşda qalan nərdivan təhlükəli dayandığı qədər zərafətiylə də diqqət çəkir.

Londonda bir ev - İngiltərə
Londonda bir ev – İngiltərə

3. Unterlinden Muzeyi – Fransa

Fransada bir muzeydə olan bu nərdivan köhnə ilə yeni arasında keçişi göstərir. Ehtişamlı beton quruluşuyla yeraltında olan bir qalereyaya açılır.

Unterlinden Muzeyi - Fransa
Unterlinden Muzeyi – Fransa

4. Bir sahil evi – Yaponiya

Sarmalı nərdivan nümunəsinə yeni bir rəng Yaponiyadan gəlib. Bir sahil evini bəzəyən bu nərdivan evin mərkəzində yerləşir.

Bir sahil evi - Yaponiya
Bir sahil evi – Yaponiya

5. Parisdə bir ev – Fransa

İki mərtəbəni bir-birinə bağlayan ağ metal çərçivəli bu nərdivan, altında olan boşluqlarla rahat bir anbarlama hissəsini təmin edir.

Parisdə bir ev - Fransa
Parisdə bir ev – Fransa

6. Feuerwehr Vierschach – İtaliya

Yanğın stansiyasına, İtalyan studiya Pedevilla Architects tərəfindən edilən bu nərdivan beton binaya dinclik qatan bir qırmızı rəng ilə qıvrılır.

Feuerwehr Vierschach - İtaliya
Feuerwehr Vierschach – İtaliya

7. Hong Kong’da bir ev – Çin

Şüşənin ağır başlı duruşu İngilis memar Luke Lowings’in əlində yeni bir format qazanmışdır. Şüşə pillələr Hong Kongun izləyə biləcəyiniz bir terrasa qədər yüksəlir.

Hong Kong'da bir ev - Çin
Hong Kong’da bir ev – Çin

8. Casa Blanca – Peru

Memar Martin Dulanto’nun bu sarmalı nərdivanı, Casa Blanca’nın daxili dekorasiyasına nəzərən sərt bir rəngə sahibdir. Ağ və boz divarların yanında bu qırmızı pillələr binanın ən diqqətə çarpan xüsusiyyətidir.

Casa Blanca - Peru
Casa Blanca – Peru

9. Anbarın nərdivana çevrilməsi – Belçika

Taxta blokların üst-üstə bitişdirilərək Jenga şəklində yüksələn bir nərdivan yaradılmışdır.

Anbarın nərdivana çevrilməsi - Belçika
Anbarın nərdivana çevrilməsi – Belçika

10. The Stairs – Niderland

Rotterdam’ın mərkəzində olan bir ofis blokunun üstünə aparan bu körpü nərdivan, 29 metr yüksəkliyində və 57 metr uzunluğundadır.

The Stairs - Niderland
The Stairs – Niderland