Kosmos

7 planetli sistem TRAPPIST-1’in ilk şəkli yayımlandı

956views

NASA, 7 planetli sistem TRAPPIST-1’in ilk fotosunu bölüşdü.

Dünyadan 40 işıq ili məsafədə yerləşən 7 planetli sistem TRAPPIST-1in ilk şəkli NASA tərəfindən nəşr olunub. Piksel şəklində olan bu vizual, Kepler kosmik teleskopun köməyi ilə alınıb və ulduzun işığını göstərir. TRAPPIST-1in yerləşdiyi sahə kosmosun böyüklüyünü nəzərə aldıqda bir qum dənəsi kiçikliyindədir və hazırkı texnologiyalarla ən dəqiq şəkli isə belədir.

Planetlər ulduzun qarşısından keçdikdə müəyyən bir nisbətdə işığın azalmasına səbəb olur, Kepler ilə 7 planet də bu şəkildə tapıldı. Deyilənə görə TRAPPIST-1dəki hər bir planet cırtdan ulduzun işığının 1%  azaldır. TRAPPIST-1 sistemindəki planetlərdən 3 dənəsinin dünyaya oxşar olduğu güman edilir, bəlkə də həyat da ola bilər.

Trappist 1

Bəhs etdiyimiz bu üç planet, Günəş Sistemimizin xaricində həyatı axtarmaq üçün ən yaxşı yerlərdən biri ola bilər. Gözlər bu məqsədlə TRAPPIST-1ə çevrilib. Ən azından bir neçə il ərzində daha 7 planetli sistemdəki araşdırmalar davam edəcək.