Krımdakı Tarhankut adlanan yer, dənizin metrlərlə altında olan və dünyanın ən maraqlı muzeylərindən biri olan ‘Liderlər Keçidi Muzeyi’nə ev sahibliyi edir.
1992-ci ildə dalğıc Vladimir Broumenskiy tərəfindən qurulan və suyun 10-12 metr dərinliyindəki muzeydə SSRİ liderləri Vladimir Lenin, Cozef Stalin kimi şəxslərin də heykəlləri sərgilənir.
Su altındakı muzeydə 50-dən çox əsər sərgilənir. Fotoşəkildə Leninin heykəli görülür.
Muzeydəki ən diqqət çəkən əsərlər isə SSRİ liderləri Vladimir Lenin və Cozef Stalinin büstləridir.
Ziyarətçilər muzeydə SSRİ liderlərinin yanında filosof Karl Marks, Fransız İmperator Napoleon Bonaparte, Rus şair Sergey Yesenin, rus yazıçısı Maksim Qorki kimi adların də heykəllərini görmə imkanı tapırlar.
Fotoşəkildə Stalinin büstü görülür.
Muzeydəki digər diqqət çəkən əsərlərsə Parisin simvolu Eyfel qülləsi və İngiltərədəki London Körpüsünün nüsxəsidir.
Liderlər Keçidi Muzeyindəki Rus kosmonavt və kosmosa çıxan ilk insan olan Yuri Qaqarinin büstüdə yer alır.