2.28K
Qısa bir müddət əvvəl bütün istifadəçilər üçün nəşr olunan Instagramda canlı yayım xüsusiyyəti necə istifadə edilir?
Instagram ötən aylarda canlı yayım xüsusiyyətini bildirmişdi. Keçən gün etibarilə də bu xüsusiyyət bütün istifadəçilər üçün dərc olunmuşdu.
Bəs Instagram üzərindən canlı yayım necə edilir?
İlk olaraq Instagramda istifadəçilərin sol üstdə olan kamera buton hissəsinə basmaları lazımdır.
Sonra isə sol tərəfdə olana “Canlı” hissəsinə daxil olun.
Qarşınıza çıxan ekranda “Canlı yayıma başla” butonuna toxunursunuz. Beləliklə, canlı yayım başlamış olacaq. Yayıma başlayarkən Instagram bəzi izləyicilərinizə bildiriş göndərəcək. Canlı yayım başa çatdıqdan sonra silinəcək.
add a comment