MaraqlıMəşhurlar

Bill Gates dünyanın ilk trilyoneri olacaq

825views

Yeni araşdırmalara görə Microsoftun qurucusu Bill Gates, 2042-ci ildə dünyanın ilk trilyoneri olacaq.

Microsoftun banisi olan Bill Gates, hazırda dünyanın ən zəngin adamıdır. Davamlı böyüyən sərvəti bu adını daha uzun illər qoruyacaq kimi görünür.

Hər nə qədər bu anda trilyoner olmaqdan 915.6 milyard dollar uzaqda olsa da yeni tədqiqatlar, Bill Gatesin trilyoner olmağa düşündüyümüzdən daha da yaxın zamanda olacağını göstərir.

Oxfamın sərvət bərabərsizliyi üzərinə yeni hesabatına görə, son 10 ildə super zənginlərin sərvətləri böyük miqdarda artıb və bu artım növbəti 25 ildə heç görülməmiş şəkildə sıçrama edə bilər.

Oxfamın hesabatlarına görə, 2009-cu ildəki 793 milyarderin o zamankı ümumi sərvətləri 2.4 trilyon dollar səviyyəsində idi. 2016 etibarilə 793 milyarderin indiki ümumi sərvəti isə 5 trilyon dollara çıxıb. Eyni hesabata görə, bu belə davam edərsə, qarşıdakı 25 il ərzində dünyanın ilk trilyonerini görməyimiz mümkündür.

Həmçinin həmin hesabatda 84.4 milyard dollar şəxsi sərvətə sahib olan Gates, 2042-də adını tarixin “dünyanın ilk trilyoneri” olaraq keçirməsi gözlənilir.