İnternetŞəbəkə

Instagram rekord həddə aylıq aktiv istifadəçi sayına yüksəldi

Instagram
641views

Instagram’ın aktiv istifadəçi sayı 600 milyonu keçdi.

Mobil paylaşma tətbiqləri içində xüsusi bir yeri olan Instagram, məhdud fotoşəkil paylaşımıyla başladığı yolda 600 milyon aylıq aktiv istifadəçi sayını geridə buraxdı. Facebook tərəfindən satın alındıqdan sonra daha sürətli böyüyən sosial şəbəkə tətbiqi, aktual rəqəmləriylə nə qədər iddialı olduğunu gözlər önünə sərir.

2010-cu il oktyabr ayında iOS platformalı iPhone tətbiqini təqdim edən Instagram, ilk 1 milyon istifadəçisini 2010 dekabr ayı tarixində tutmuşdu və iyun 2011-ci ildə 5 milyon, sentyabr 2011-ci ildə isə 10 milyon istifadəçi sayını keçdi. Android tətbiqini isə 2012-ci il aprel ayında dərc etdikdə 1 istifadəçi tapması 24 saat vaxt almışdı və o sırada iPhone Instagram istifadəçisi sayı 30 milyon idi.

Instagram istifadəçi sayı
Instagram istifadəçi sayı

Facebookun satın alma xəbəri də aprel 2012-ci ildə açıqlanmışdı və Instagram‘ın istifadəçi sayı may ayında 50 milyona, fevral 2013-də 100 milyona, mart 2014-cü ildə 200 milyona, sentyabr 2015-ci ildə 400 milyona çatmışdı. 500 milyon aylıq aktiv istifadəçi sayını iyun 2016-da tutan Instagram‘ın sonrakı 100 milyon aktiv istifadəçiyə qalxması cəmi 6 ay çəkdi və şirkət 2016-ci il bitmədən 600 milyon aylıq aktiv istifadəçi sayına çatdığını açıqladı.

WhatsAppFacebook Messenger 1 milyard aktiv istifadəçi sayını geridə buraxsa da Instagram‘ın Facebook üçün xüsusi bir yeri olduğunu söyləmək mümkündür. Snapchat‘ı satın ala bilməmiş olması, Instagram sayəsində Facebooka çox təsir etməzkən Snapchat‘dan uyğunlaşdırılan xüsusiyyətlərin də Instagram üçün işə yaradığını da gördük, üstəlik son illərdə yeni tətbiqlər və fərqli xüsusiyyətlər dərc edən Instagram, reklam yayımıyla gəlir əldə etməyə də başladı.