Məşhur pop ulduzu Rihanna, Harvard Universiteti tərəfindən ‘İlin Ən Xeyirxah İnsanı’ seçildi.
Universitet, Rihannanı 2017-ci ilin ən xeyirxah insanı olaraq mükafatlandıracaq. Önümüzdəki həftə təşkil ediləcək xüsusi mərasimlə mükafat Rihannaya təqdim oluncaq.
Rihannanın bu mükafata layiq görülməsinə səbəb isə, həyata keçirdiyi bu işlər sayəsindədir:
1. Rihanna, Barbados Bridgetown’da yerləşən Queen Elizabeth Xəstəxanasında ‘Sinə Xərçəngi’nin diaqnoz və müalicəsi üçün son texnologiya avadanlıqları ilə təmin olunmuş yeni Tibb mərkəzi qurub..
2. Karib hövzəsi ölkələrindəki tələbələrə təqaüd təqdim edən, dünyadakı səhiyyə, təhsil, sənət və mədəniyyətin yaxşılaşdırılması üçün çalışan ‘Clara Lionel Fondu’nu yaradıb.
3. İnkişaf etməkdə olan ölkələrdə uşaqlara təhsil imkanı yaradan ‘Global Citizen’in elçisidir.
4. 2016-cı ilin dekabr ayında Şahzadə Harry ilə birlikdə doğulduğu Barbados’a gedən Rihanna, yerlilərlə görüşüb onların problemlərini dinlədi. QİCS virusuna qarşı mübarizənin vacibliyini vurğulamaq üçün, HIV testi həyata keçirdi.