Futbol

“Qarabağ” – “Slovan” oyunu “Dalğa Arena”da

707views

Ölkəmizi Avropa Liqasında təmsil edən “Qarabağ” qrup mərhələsinin ilk oyununu “Dalğa Arena”da keçirəcək. Bu barədə futbol11.az saytına  Ağdam klubunun icraçı direktoru Əmrah Çəlikəl məlumat verib.

Onun sözlərinə görə, məsələ ilə bağlı UEFA-ya məktub göndərilib. Əgər qitənin ali futbol qurumu “Qarabağ”ın istəyinə müsbət cavab versə, Qurban Qurbanovun komandası sentyabrın 15-də Çexiyanın “Slovan” klubunu “Dalğa Arena”da qəbul edəcək. “Qarabağ”ın bu istəyi yalnız bir ev oyunu üçün nəzərdə tutulub.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionun ot örtüyü bərbad duruma düşdüyü üçün, ağdamlılar vəziyyətin düzələcəyinə qədər mərkəzi arenadan imtina edib.

Elnur Cəfərov
idman xəbərləri yazarı