Çağatay Ulusoy L’Officiel Hommes jurnalının üz qabığına çəkilib.
“İçerde” serialı üçün saçlarını kəstirən Çağatay Ulusoy, dəyişdiyini ancaq dəyərlərini itirmədiyini söyləyib. Ulusoy, ” Özümə aid olan xüsusiyyətləri geridə buraxmadım, hələ də birlikdə yeriyirik.” deyə bildirib.
Canlandırdığı ‘Sarp’ obrazı ilə imicini yeniləyən aktyor, “ABŞ-da olduğum müddətdən artıq obraz üzərində işləməyə başlamışdıq. Sarp fiziki olaraq çox güclüdür, bu səbəbdən idmanı artırmalı olduq. Silah və döyüş təlimi keçdim.”
İnsanlarda “Mən heç vaxt dəyişmədim” deyə bir şablon fikir mövcuddur. Sən bəs necə zaman ötdükcə dəyişdinmi? sualına, Ulusoy bu şəkildə cavab verib.
“Hər zaman olduğum kimi davranmağa çalışdım. Səmimiyyət dəyər verdiyim ən önəmli şeydir. Təbii ki dəyişən tərəflərim oldu ancaq sahib olduğum dəyərləri əsla itirmədim.”
Ulusoy, “İnsanların sizin haqqınızda təxmin edə biləməyəcəyi nə ola bilər?” sualına isə maraqlı bir cavab verib.
Qaranlığı sevməyim ola bilər. Qaranlıq gecələrdə ulduzların var oluşunu izləməyi sevirəm. Ya da qaranlıqda oturmaq, tək başına qalmaq mənə yaxşı təsir edir.
Aktyorluqdan çox şey öyrəndiyini söyləyən Ulusoy, “Məsuliyyət gətirib bu sənət mənə. Qısa bir vaxtda tək maddiyyatla deyil mənəviyyatla da xoşbəxt olmağı öyrətdim özümə.”
Kamera arxasında baş verən işləri də sevdiyini və rejissorluq sənətinin də ona maraqlı gəldiyini bildirən aktyor, “Bəzən ağlımda qaralama bir iki səhnə düşünürəm ancaq bu iş o qədər də asan deyil. Hal hazırda yalnız müşahidə edirəm.” şəklində sözlərini sonlandırıb.