Futbol

Bundesliga’ya səs salan 29 yaşlı baş məşqçi

830views

Budesliga’ya məğlubiyyətsiz davam edən 3 komandadan biri olan Hoffenheimin baş məşqçisi Julian Nagelsmann, Ligada göstərdiyi performans ilə bütün dünyanın diqqətini öz üzərinə cəlb edib.

Komandanın 62 yaşındakı baş məşqçisi Huub Stevens’in səhətində yaranan problemlər ilə əlaqədar vəzifəsindən uzağlaşmasının ardından, baş məşqçiliyə gətirilən 29 yaşındakı gənc Julian, “Qorxmuram, bu komandanı yaxşı tanıyıram və bəzi əlavələr edərək öz sənətimi burada yaradacam” deyə açıqlama verdiyi ilk müsahibəsində artıq nə dərəcədə iddialı olduğunu göstərmişdi.

Julian Nagelsmann yaaz.az photo

Keçən mövsümün ortalarında klubun baş məşqçisi seçilən Julian Nagelsmann, bu mövsüm keçirdiyi 9 oyundan 5 qalibiyyət və 4 heç-heçə əldə edərək, klubu Hoffenheim’in adını liqa cədvəlində 19 xal ilə 3-cü sıraya yazdırmağı bacarıb. Halbu ki Hoffenheim, keçən mövsüm liqanı 37 xal ilə 16-cı sırada tamamlamışdı.

yaaz.az Julian Nagelsmann photo

Bundesligada isə hal hazırda cədvəlin ilk 3 sırasında yer alan 3 klub yoluna məğlubiyyətsiz davam edir. Çempionluğa əsas namizəd, Bayern Münih’i iki sürpriz komanda Leipzig və Hoffenheim izləyir.

Julian Nagelsmann yaaz.az poto

Qeydedək ki, Julian Nagelsmann Bundesliga tarixinin ən gənc başq məşqçisidir.