Maraqlı

Hər qadının mütləq oxumalı olduğu 5 kitab

498views

Dünya ədəbiyyatının ən cəsarətli qadın yazıçılarından  XXI-ci əsrin xanımlarına 5 əvəzsiz kitab.

mit4el1.Marqaret Mitçell – “Küləklə sovrulanlar”

Fəciəvi qəza nəticəsində dünyasını dəyişən müəllifin ilk və son romanı. Amerikalılar bu romanı kiçik və cəsərətli qadının ölümsüz əsəri adlandırırlar.Əsas qəhrəmanlar Scarlet O’Hara və Rett Batlerin nəsibinə düşən ölümsüzlük sadəcə böyük məhəbbətin yox, eyni zamanda güclü xarakterin, iradənin, eşq uğrunda mübarizənin və küləklərə qarşı dik durmağın nəticəsidir.

 

 

 

austen2.Ceyn Osten – “Qürur və qərəz”

XIX-cu əsrdə Böyük Britaniya ədəbiyyatında sadə mövzularla inqilab edən növbəti cəsarətli xanım – Ceyn Ostin. “Qürur və qərəz”-  müəllifin ən gözəl əsəri hesab olunur. Ostin əsərdə sərvətsiz, lakin azad ruhlu, qürurlu Elizabetin zəngin, soyuq qanlı və özünə əmin Mister Darsinin gözlənilməz eşqi ilə qarşılaşmasından bəhs edir.

 

 

 

bronte3.Şarlotta Bronte – “Cen Eyr”

İngilis ədəbiyyatını qotik əsərlərlə zənginləşdirən müəlliflərdən biri Şarlotta Brontedir. Müəllif dünya ədəbiyyatına zahiri gözəllikdən uzaq, lakin şəxsiyyət kimi maraqlı, layiqli və cəlb edici Cen Eyri bağışlayıb. Cen Eyr öz azadlığı uğrunda bütün maniələrə qarşı durmağı, çətinliklərə baxmayaraq səbirli olmağı, ümid olmasa belə sevməyi seçir.

 

 

 

makkalou4.Kollin Makkalou – “Göyəmlikdə oxuyanlar”

Avstraliyali yazıçının bu əsəri,müəllifin adını dünyaya tanıtmaqla yanaşı, həm də ölümsüzləşdirib. Üç nəsildən bəhs edən əsər, övlad və valideyn münasibəti, sevgi və zənginlik arasında seçim, itki ilə yanaşı gələcəyə ümidi əhatə edir.

 

 

 

 

 

gilbert5.Elizabet Gilbert – “Ye, dua et, sev”

Siyahıda sonuncu xanım öz həyatından bəhs edən Elizabet Gilbertdir. Gilbert memuarlarında çətin ayrılıqdan  sonra İtaliya, Hindistan və İndoneziyaya səyahətindən yazır. Orta yaşlı qadının özünü tapmaq üçün çıxdığı bu yol qətiyyət və cəsarət tələb edir.