Çoxu Fobia sözünü dəfələrlə eşitsə də, onun açıqlamasından hali deyil. Yunan dilindən tərcümədə Fobiya qorxu-həyəcan mənasını verir. Qorxu və Fobia sözləri mənaca yaxın olsada arasında ki, əhəmiyyətli fərqlər hər birinin özünə xas mənasını qoruyub saxlayır.
Qorxu hissi orqanizmin kəskin ürək döyüntələri fonunda real təhlükədən qoruma funksiyasını daşıyır.
Qorxu hissi bizə həyat təcrübəsi ilə gəlir, məsələn uşaqlar adətən hündürlükdən, oda əl vurmaqdan qorxmurlar. Yalnız nəticəsini görəndən sonra qorxu nəticəsində bunu etməməliyəm kimi bir qanun yaranır. Buna faydalı qorxu deyilir, cünki bu qorxular bizi qorumuş olur.
Bəs Fobiyanı sadə qorxu hissindən necə fərqləndirmək mümkündür?
Məsələn elə insan varki ictimai nəqliyyatdan istifadə etməkdən çəkinir. Beləki, qorxu hissi bəsləyən kəs öncəki yaxşı bitməyən nəticəsinə əsaslanaraq istifadə etməməyi seçirsə, və istisna hallarda nəqliyyatdan istifadəsi mümkündürsə, Amaksofobiya fobiyası olan kəs heç bir vəclə, çıxılmaz vəziyyətdə olsa belə nəqliyyatdan istifadə etməyəcək.
Ən çox yayılmış qorxular sırasında ilanlara, hörümçəklərə, qapalı məkana, qaranlığa, təyyarələrə, itlərə, diş həkimlərinə qarşı olan qorxudur
Zoofobiyanın ən çox yayılmış qorxu növü məhz Ofidiofobiyadır – ilanlara qarşı olan bu qorxu fobiyalar arasında birinci yeri tutur. Amerikalı alimlərinin araşdırmalarına əsasən ilanlara qarşı qorxu bu heyvanlar haqqında daimi neqativ fikir səbəb olub.
Uçuşlara qarşı qorxu Aerofobiya adlanır, bir çox insanlar təyyarədən istifədə etməkdən qorxur, 2 saatlıq yolu 2 günlük yerüstü nəqliyyatdan istifadə edərək dəyişməyə məcbur olur.
Bu qorxu sahibləri 2 qrupa bölünür, aviaqəzadan qorxanlar və qapalı məkandan qorxduğu üçün bu nəqliyyat vasitəsindən istifadə etməyənlər.
Diş həkimlərindən hədsiz qorxu Dentofobiyadan dünya əhalisinn 46% əziyyət çəkir. Həkim kabinetinin qoxusundan belə qorxan bu qrup insanların əsas səbəbi ağrını özündə böyütməsidir. Hal hazırda dünya stomotoloqları və psixoloqları bu vəziyyəti və pasientləri daha sabit ortamda qəbul qaydalarını araşdırır.
İtlər insanların ən yaxşı dostu olsada onlardan qorxan az deyil, bu qorxuya Kinofobiya deyilir.
Ohayo universitetinin professoru Bred Şmidtin sözlərinə görə, insanlar itlərdən onların dişləmək vərdişini bildiyi üçün çəkinir.
Brontofobiya – Şimşək, ildırıma qarşı olan şiddətli qorxudur, bu qorxunun səbəbləri hələdə müəyyən olunmayıb.
Əsasən uşaqlar arasında ən çox yayılan qorxu hissi qaranlığa qarşı olan Niktofobiya fobiyasıdır.
Akrofobiya – Hündürlükdən qorxanların fobiyasıdır. Demək olarki bütün insanlar hədsiz yüksəklidən qorxur, çox vaxt baş gicəllənməsi ilə müşaiət olunan bu qorxu çox vaxt qadınlarda rast gəlinir. Yüksəklikdə ikən, aşağı baxmamağa tövsiyyə görülür.
Hal hazırda dünya əhalisinin 9% – 500 dən çox fobiya növü mövcüddur, araşdırmalar göstərir ki, dünyada yaşayan hər 8ci adam fobiyanın hansısa növündən əziyyət çəkir.
Fobiyaların gerçək səbəbləri hələ tapılmasada, onun ən effektiv müalicə üsulu Üzləşdirmə müalicəsidir
Bu üsul ilə qorxu yaradan vəziyyət və ya obyektin üzərinə gedərək ortaya çıxan narahatlıq ilə mübarizə etmək mümkündür.
Əks halda Fobiyalar uzun zaman davam edə bilir.