Onlar fiziki qüsurlarına əhəmiyyət vermədilər və uğur pilləkənlərini bir-bir qalxdılar.
Bəhanələrin arxasına sığınıb, uğurlu olmaqdan imtina etmək ən asan işdir. Çoxu zaman bəhanələr axtararaq eyni yerdə sayıb dayanırıq. Həyata fiziki qüsurları səbəbilə 1-0 geridə başlayan ancaq əzmlə həyatda ayaqda qalmağa çalışan insanlar ayaq üstə alqışlanmağa layiqdirlər.
Sizə, fiziki qüsurlarını görməməzliyə vuran bir-birindən məşhur 10 nəfəri təqdim edirik;
1. Winnie Harlow
Yamayka əsilli Amerikalı maniken 4 yaşından bu yana vitiligo xəstəsidir. Uşaqlıq dövründə yoldaşlarının “inək və zebra” kimi ləqəb taxdığı Winnie bu səbəbdən təhsil həyatına davam etməmişdi. Ancaq heç vaxt xəyallarından əl çəkməyən Winnie, dünyanın ən tanınan manikenlərindən biri oldu.
2. Stephen Hawking
O hələ 21 yaşında müalicəsi olmayan Amyotrofik lateral skleroz (ALS) xəstəliyinə yaxalanmışdı. 1985-ci ildə danışma qabiliyyətini itirən Stepen Hawking, dövrün ən yaxşı fizikidir.
3. Peter Dinklage
1,35m boyundakı Piter Dinklagen, Taxt Oyunları serialında “Ən yaxşı köməkçi kişi oyunçu” rolunda iki Emmy Mükafatı var. Məşhur aktyor, eyni janrda bir də Qızıl Kürə Mükafatına sahibdir.
4. Viktoria Modesta
Məşhur müğənni Viktoria Modestanın doğuşu zamanı ciddi bir problem baş vermişdir. Daha sonra dünyaya gözlərini yeni açan Modestanın sol ayağı dizinin altından kəsilmişdir.
5. Sylvester Stallone
Sylvester Stallone də doğuşu zamanı bir problemlə qarşılaşmışdı. Məşhur oyunçunun üz sinirləri doğuş zamanı ciddi zədə alıb. Bu səbəblə Sylvester Stallone, nitq pozğunluğu yaşayır.
6. Jamie Brewer
Down sindromlu Jamie Brewer məşhur aktyor və modeldir.
7. Forest Whitaker
Oskar Mükafatlı aktyor Forest Whitaker ptozis xəstəsidir. Whitakerin sol göz qapağı sallanmış vəziyyətdədir.
8. RJ Mitte
Məşhur aktyor uşaqlıq dövründə iflic keçirib.
9. Marlee Matlin
Məşhur aktyor Marlee Matlin dünyaya gələndə sağ qulağı heç eşitmirdi. Matlinin sol qulağı isə 18 yaşından snra 80 faiz eşitməməyə başlayıb.
10. Nik Vujicic
Nadir görülən bir genetik pozuntu ilə dünyaya gələn Nik Vujicicin kitabları dünyada satış rekordları qırır.