ABŞ’ın Florida Ştatında yaşayan 50 yaşındakı inşaat işçisi halsızlıq, iştahsızlıq və qarın boşluğunda ağrıların olması səbəbindən bölgə həkiminə müraciət edib. Xəstəni müayinə edən Florida Universiteti həkimləri, xroniki hepatit C (qaraciyər iltihabı) təsbit edib.
Testlər nəticəsində transaminaz deyilən qaraciyər fermentlərində artım görülüb. Və qaraciyər biopsiyası nəticəsində də xəstəyə ağır kəskin hepatit diaqnozu qoyulub.
Həkimlər yaranan problemin səbəblərini aydınlaşdırmaq üçün xəstəyə siqaret, spirtli içki, narkotikdən istifadə və qidalanma ilə bağlı bir neçə suallar veriblər. Xəstə isə cavabında, son 3 gün ərzində hər gün, dört, beş qutu enerji içkisi içdiyini söyləyib.
İngiltərə Qaraciyər Vəkfi rəhbəri Andrew Langford isə, enerji içkilərinin hər hansısa bir qida dəyərinin olmadığını söyləyib. Langford, bu içkilərin davamlı qəbulunun, qaraciyərin funksiyasını itirməsinə və ciddi problemlərə gətirib çixara biləcəyini söyləyib.
Qaraciyəri qorumağın qaydaları ilə bağlı bəzi məsləhətlər verən Andrew Langford, “Bol su içmək, məhdud spirtli içki qəbulu və nizamlı məşq etmək, sağlam bir qaraciyərə sahib olmağınıza köməkçi ola bilər” deyə bildirib.