Maraqlı

Elm adamları itlərin sözləri ayırd edə bilmə xüsusiyyətinə malik olmasını sübut ediblər

1.19Kviews

İtlər sözləri ayırd edə bilmə xüsusiyyətinə malikdirlər.

Elm adamları, itlərin sahiblərinin istifadə etdiyi sözləri ayırd edə bildiyini sübut ediblər. Science jurnalında nümayiş olunan məqalədə, Macarıstandakı Eötvös Loránd Universitetindən elm adamları, 13 itin beynini MR üsuluyla araşdırıb. Araşdırmada, itlərə sahiblərinin təriflə ya da sıradan bir səs tonuyla söylədiyi sözlər dinlədilib.

Elm adamları, deyilən tərif sözlərinin itin beynində mükafat olaraq edildiyini ancaq eyni səs tonuyla dilə gətirilən sıravi sözlərin itlərdə eyni reaksiyanı yaratmadığını müşahidə ediblər.

Araşdırmaçılar, həmçinin heyvanların, sahiblərinin istifadə etdiyi bəzi sözləri şkalası fərqliliyinə baxmayaraq ayırd edə bildiyini ortaya çıxarıblar. İtlərin insanlar kimi sözləri aşkar etmək üçün beyinlərinin sol, səs tonunu qəbul üçün isə sağ yarısını istifadə etdikləri təsbit edilib. Məqalədə, itlərin obyektləri gətirmələri üçün deyilən təxminən minə qədər sözcüyü ayırd etmə qabiliyyətinə də sahib olduğu ifadə edilir.