Əbu Bəkir əl-Bağdadi
713
ABŞ Xarici İşlər Nazirliyi, terror təşkilatı İŞİD’in rəhbəri Əbu Bəkir əl-Bağdadinin yerini tapmaqda köməklik edəcək şəxs üçün təyin etdiyi 10 milyon dollarlıq mükafat miqdarını, 25 milyon dollara qaldırdığını açıqlayıb.
Xarici İşlər Nazirliyi yazılı şəkildə məlumat yayaraq,”Ədalət Üçün Mükafat Proqramı” çərçivəsində sözü gedən mükafatı 25 milyona qaldırığını bildirib.
Məlumatda, ABŞ’ın daxili təhlükəsizliyi və Amerika xalqının terrorist hücumlara qarşı qorunması üçün mübarizəni davam etdirdiklərini vurğulayan Nazirlik, “İŞİD’in liderinin yeri ilə bağlı bizə məlumatın gəlməsi üçün mükafatı artırırıq” deyə yazıb.
add a comment