DünyaKosmosMaraqlı

Dünyanın nəfəs mübadiləsi NASA tərəfindən 3D görüntülərlə təqdim olundu | Video

728views

NASA, atmosferdə yayılan karbon qazını təqib etmək məqsədilə peykdən gələn məlumatları istifadə edərək bir video material dərc edib.

Videoda qazların sıra dağlar tərəflərində dəyişdiyi, düzənliklərdə sürətli hərəkət etdiyi və dəniz səviyyəsindən başlayaraq göy üzünə doğru 20 km-dən artıq burulğan əmələ gətirdiyi müşahidə edilir. Həmçinin video yalnız bir tamaşadan ibarət deyil. Bu, NASA-nın superkompyuter iqlim modelləri, 2014-cü ildə atılan peyklərindən OCO-2’dən əldə edilən bir birləşməni də təmsil edir. Belə ki, OCO-2’nin vəzifəsi, karbon qazına nəzarət etməkdir. Dünyadan 745 kilometr yüksəklikdə yerləşən peyk, gündə 1 milyon ərazi və 100 min karbondioksid təxminində olur.

Peykin iki illik əsl vəzifəsi bitib ancaq gündəlik olaraq məlumat toplamağa davam etdiyini deyən OCO-2’nin rəhbəri Crisp, vəzifə xidmətlərini uzatmaq üçün NASA-ya müraciət etdiklərini bildirib. Amma peykin gələcəyi hələ də qeyri-müəyyəndir, çünki ABŞ Prezidenti Donald Trumpın müşavirləri, NASA-nın iqlim elmi haqqındakı işinə o qədər də müsbət gözlə baxmırlar. Crisp isə buna qarşılıq: “İqlim dəyişikliyini inkar edənlər bunun insan fəaliyyətləri üzündən irəli gəlmədiyini düşünsələr də, iqlimin dəyişməsini qəbul etmək məcburiyyətindədirlər. İqlim dəyişdikcə, bizim bağlı olduğumuz əkin və bitki sağlamlığı kimi proseslər də dəyişikliyə məruz qalır” deyib.

Sözügedən videoya aşağıdan baxa bilərsiniz.