MaraqlıTəhsil

Yaponların təhsil sisteminin bütün dünyadan fərqlənən mühüm məqamları

1000views

Dünya üzrə ən yaxşı akademik uğura malik fərdləri yetişdirən ölkələrdən biri olan Yaponiyadakı təhsil sistemini digər təhsil sistemlərindən ayıran 7 xüsusiyyəti.

Günümüzün akademik sahədə ən uğurlu ölkələrindən biri olan Yaponiyada digər ölkələrə nisbətən xüsusilə yaxşı fərdlər yetişdirməyi hədəf seçən bir təhsil sistemi var, ancaq bəzi məqamları da Yaponiyadakı təhsil sistemini tənqidlərin hədəfi edir.

1. Hər Bir məktəbin forması var.
İngiltərə və ABŞ kimi ölkələrdə adətən məktəblərdə sərbəst geyim tətbiq edilir ancaq Yaponiya, hər bir məktəbin forması məsələsində israrlıdır. Yaponiyada tələbələrin özlərini bərabər hüquqlu iqtisadi səviyyədə hiss etmələri üçün hər məktəbdə vahid forma anlayışı izlənilir.
Yaponiya təhsil sistemi
2. Məktəblilər 10 yaşına qədər sınağa girmirlər.
Məktəblilərin kiçik yaşda şəxsiyyətlərini formalaşdırdığını və informasiya əsasını qoyduğunu düşünən Yaponiya, 10 yaşına qədər şagirdlərini heç bir şəkildə imtahan etməyərək onların özlərini inkişaf etdirməsinə imkan tanıyır.

3. Məktəblərdə xidmətçi heyət yoxdur.
Yaponiyadakı məktəblərdə xidmətçi heyət olmur, bunun əvəzinə şagirdlər və müəllimlər məktəbin təmizliyilə məşğul olurlar. Beləliklə şagirdlərin həm ətraf mühiti təmiz tutması həm də komanda işini anlaması təmin olunur.
Yaponiya təhsil sistemi
4. Yeməkləri məktəb verir və yeməklər sinifdə yeyilir.
Dünya üzrə bir çox ölkədə məktəblərdə yeməkxana mədəniyyəti var, ancaq Yaponiyada bütün məktəblilər günorta aralarında eyni yeməyi və məhz öz siniflərində yeyirlər. Bu zaman müəllim də şagirdlərlə birlikdə yemək yeyirlər. Bu vəziyyət həm tələbələrin öz aralarında haqqını, həm də müəllimlərini daha yaxşı tanımalarını təmin edir.
Yaponiya təhsil sistemi
5. Tələbələrin universitetdəki gələcəyi tək bir sınağa bağlıdır.
Ölkəmizdə də universitetə keçid imtahanının vahid imtahan sistemindən ibarət olması kimi, Yaponiyada da ölkəmizə bənzər bir imtahan sistemi tətbiq olunur. Belə ki, Yaponlar bu imtahanı “cəhənnəm imtahanı” kimi səciyyələndirirlər. Avropa ölkələri, ABŞ və Kanada kimi ölkələrdə universitetə keçiddə daha fərqli və tələbələrin rahat olduğu bir sistem olsa da vahid imtahan sisteminin tələbələri daha intizamlı olmağa sürüklədiyi deyilir.

6. Mədəniyyət dərsləri keçirilir.
Yaponiya, tələbələrin gənc yaşda korlanmış bir mədəniyyətə sahib olmaması üçün kaliqrafi və poeziya kimi dərslərlə heç bir akademik qayğı güdmədən şagirdlərə Yapon mədəniyyətini keçirlər və onların mədəniyyətinə sahib çıxmasını təmin edir.

Yaponiya təhsil sistemi

7. Şagirdlər dərslərə davamsızlıq etmirlər.
İmtahan sisteminin gətirdiyi intizamla yanaşı, tələbələr akademik karyeralarına əhəmiyyət verir və çox ciddi bir mənfi cəhət olmadıqca dərslərə davamiyyətini davam etdirirlər. Həmçinin Yapon şagirdlər arasında aparılan araşdırmaya görə şagirdlərin 91%-i dərslərə konsentrasiya olaraq dərsə qulaq asır.