FotoqrafiyaMaraqlı

Dünyanın ən yalnız adamı

799views

Meteorologiya mütəxəssisi Vyacheslav Korotki, ən yaxın yaşayış yerinin helipkopter ilə yarım saat olduğu Rusiyanın şimalındakı Xodovarixada yaşayır.

Vyacheslav Korotki, dövlət tərəfindən qütb bölgəsinə hava hesabatları hazırlaması üçün göndərilib. Təxminən otuz ildir təkbaşına bu taxta binada yaşayır.
Fotoqraf Evgenia Arbugeva isə bu tək adamın həyatını lentə alıb. Vyacheslav Korotki əslində evlidir, ancaq arvadı bu şəraitdə yaşamayacağı üçün illərdir ayrıdılar. 63 yaşlı adamın gündəlik adi işləri isə dəniz suyunun səviyyəsi ölçmək və meteoroloji hadisələri araşdıraraq hesabat hazırlamaqdır.