Hava Proqnozu

24 noyabrda gözlənilən hava şəraiti

733views

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya  Departamentinin məlumatı

Bakıda və Abşeron yarımadasında

Hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, gündüz mülayim cənub küləyi  ilə  əvəz olunacaq. Havanın temperaturu Abşeron yarımadasında gecə 0-4 dərəcə şaxta, gündüz 2-5 dərəcə isti, Bakıda gecə 1-3 dərəcə şaxta, gündüz 3-5 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 781 mm civə sütunundan 778 mm civə sütununa enəcək, nisbi rütubət 75-85 faiz təşkil edəcək.

 Azərbaycanın rayonlarında

Hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi şimal və şərq rayonlarında yağıntılı olacağı, qar yağacağı gözlənilir. Arabir duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 0-5 dərəcə şaxta, gündüz 3-7 dərəcə isti, dağlarda gecə 6-11 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacaq.