
Dünyanın ən həyəcanlı festivalı yenə də bənzərsiz quruluşu ilə ziyarətçilərini qəbul edib
Hər il ABŞ’ın Nevada əyalətindəki Black Rock səhrasında minlərlə insanı bir yerə toplayan musiqi və sənət festivalı “Burning Man” (Yanan adam) yenə də bənzərsiz yeni tərtibi ilə dünyanın gündəmindədi.
Festivalın bitməsi ilə, Burning Man’dən çəkdiyi şəkilləri yayımlayan fotograf Vicktor Habchy, festivala sürreal bir baxış sərgiləyib.
Səhranın ortasında mədəniyyətdən çox uzaqda bir həftə boyunca qurulan festivala, dünyanın fərqli yerlərindən sənətçilər, musiqiçilər və bəzi həvəskar insanlar qatılıblar.
Burning Man festivalı ilk dəfə, 1986-cı ildə San Francisko’dakı Baker Sahili’də həyat keçirilib. Festival daha sonra Nevada’ya, Black Rock səhrasına köçürülüb.
Burning Man hər il Avqust ayının son 1-ci günü ( ABŞ’da əmək gününə təsadüf edir) başlayır və 1 həftə davam edir.
Festival, adam siluetindəki nəhəng heykəlin yanması ilə sonlanır.