Psixoloji məlumatlar

Göz rəngi xarakterimiz haqqında nələri deyir?

4.26Kviews

Gözlər qəlbin aynasıdır” – deyirlər. Bəlkə də bu deyimdə nəzərdə tutulan şey təkcə baxışlarımız deyil…

   Son illərdə aparılan araşdırmalar göstərir ki, göz rəngimiz xarakterimiz haqqında bir çox dəqiq məlumatlar verir. Mütəxəssislər İsveçin Orebro Universitetində təxminən 428 təcrübə aparmış və göz rənglərinin həqiqətən də insanların xarakteri haqqında məlumat verdiyini təsdiqləmişlər .

Bəs necə olur ki, insanın göz rəngi ilə onun xarakteri üst-üstə düşür?

Dr. Anthony FalloneEdinburgh Universiteti“- də apardığı araşdırmalar nəticəsində bu tip suallara belə cavab verir:

Əgər nevroloji aspektdən baxsaq, Göz bir başa beyinlə bağlı orqandır. Gözlərimizin rəngini əmələ gətirən piqmentlər beynimizin “Frontal Lob” adlanan hissəsi ilə eyni gendən əmələ gəlir. Yəni bizi biz eləyən hiss və ya hissələrimizi əmələ gətirən “Gen” eyni zamanda göz rənglərimizi də əmələ gətirir.

 

Bəs hansı göz rəngi hansı xarakter tipini müəyyən edir?

 

  • Mavi gözlər:

Close-Up of a Blue Eye

Bu rəngdə gözlərə sahib insanlar böyük mənəvi gücə malikdirlər. “Eqoitslik” mavi gözlü insanlar arasında ən geniş yayılmış əlamətlərdən biridir. Bundan əlavə, bu göz rənginə sahib insanlar inkaşafa daha çox meyilli, daha müasir və daha tez adaptasiya ola bilən tiplərdir. “Pitssburgh Sağlamlıq Məktəbi”-in verdiyi məlumata göre, Mavi gözlü insanlar ağrıya daha çox dözümlü olurlar. Xəyalpərəst strukturları, həqiqətləri görməklərinə  çox vaxt mane olar. Göy göz qadınlar cazibədar və ehtiraslıdırlar, onlar aşiq olduqları zaman güclü hisslərə qadir olurlar.

 

 

  • Qəhvəyi rəngli gözlər:

beautiful-eyes-widescreen

Ölkəmizdə ən geniş yayılmış göz rənglərindən biri Qəhvəyi rəngdir. Bu göz rənginə sahib insanlar doğuşdan liderlik özəlliklərinə sahib olan və qəti qərarlar verə bilən insanlardır. Onlar özləri ilə əlaqədar şeyləri olduğu kimi izah etməkdən çəkinməzlər. İdarəçi insanlardan çox xoşlanmazlar. Qəhvəyi gözlü insanlar isti qanlı və dost canlısı insanlardır. Toz çəhrayı gözlərlə həyata baxdıqlarından çox tez qırılarlar amma tez özlərini ələ alarlar. Qərarlarını ümumiyyətlə romantik olaraq verərlər. Lakin buna baxmayaraq bəzən, humanist strukturlarını bir andaca buraxıb, kinli birinə çevrilə bilərlər.

 

 

  • Yaşıl gözlər:

10704274_10154534420760333_1477212224659781683_o-2

Çəkicilik bu göz rənginə sahib insanların ən ortaq xüsusiyyətlərindən biridir. Dünyanın qabaqcıl qadın jurnallarında en seksual göz rəngi məhz yaşıl rəng olaraq bildirilir. Yaşıl gözlü insanlar özgüvəni yuxarı olan insanlardır. Lakin, buna baxmayaraq ətrafdakı insanlarla çox ehtiyyatlı davranarlar, onları qırmaqdan çox qorxarlar. Buna görə də qarşılarındakı insanla bağlı düşüncələrini dilə gətirməkdən çox vaxt çəkinərlər.

 

 

 

  • Boz ( Grey ) gözlər:

201508101430_3

Çox nadir olaraq rast gəlinən boz rəngli gözlər əslində mavi gözlərin bir növü kimi bilinirlər. İki fərqli xarakteri özündə birləşdirən böz rəngli gözlərə sahib insanlar haqqında veriləcək ən önəmli məlumatlardan biri onların hamıdan gizlətdikləri gizli bir tərəflərinin olmalarıdır. Bu tip insanlar həssas bir qəlbə sahib insanlardır. Qürurlarına çox bağlı olduqlarından qürurları qırıldığında heç vaxt bağışlamazlar.

 

 

 

 

  • Tünd Qəhvəyi və Qara gözlər: 

Dark brown

Bu rəng gözü olan insanlar çox enerjili və ehtiraslıdırlar. Eşqbazlıq etmək onlar üçün nəfəs almaq kimidir. Daim diqqət mərkəzində olmağı sevirlər. Bu tip insanlar hakimiyyətə can atırlar. Tünd qəhvəyi gözlü insanlar aqressiv və tədbirlidirlər. Asanlıqla inciyirlər və bu incikliyi də asanlıqla unudurlar. İnsanlarla asan ünsiyyət qururlar, əla yumor hissləri var. Qara göz insanlar qısqanc olurlar, amma bu keyfiyyəti bildirməməyə üstünlük verirlər.