Dəb & Tərz

Dünya Gözəllik Yarışması 2016-nın qalibi məlum oldu

1.27Kviews

ABŞ-da 66-cı dəfə təşkil edilən 2016 Dünya Gözəllik Yarışmasına Karib ölkələri damğa vurdular.

Puerto Riko və Dominikan Respublikasından gözəllər Stephanie Del Valle ilə Miguelina Reyes Ramirez ilk iki sırada mövqe tutdular. İndoneziyalı gözəl Natasha Mannuela isə üçüncü oldu.

Dünya Gözəllik Müsabiqə 2016

Puerto Riko, 1951-ci ildən bu yana təşkil edilən Dünya Gözəllik Yarışmasında birdən çox ‘kraliça seçilən’ 17-ci ölkə oldu. Yarışmada tacı 19 yaşındakı Stephanie Del Valle qazandı. Valle, tacını keçən ilin birincisi İspan gözəl Mireia Lalaguna‘dan aldı.

Dünya Gözəli seçilən ikinci Porto Rikolu olan Valle, İspan, İngilis və Fransız olmaq üzrə üç dildə danışa bilir. Valle əyləncə sektoruna atılmağı planlaşdırır.

Yarışmada 116 gözəl, ölkələrini təmsil ediblər. Filippinli Catriona Elisa Gray və Keniyadan Evelyn Njambi də 4-cü və 5-ci sırada yer alıblar.