Tapmacalar ağlı və şüuru inkişaf etdirmək üçündür.
Burada əşyanın bir neçə əlaməti gizlədilir, amma əsas xarakterik əlaməti təsəvvürdə canlandırılır. Uşaq öz təfəkkürü və ağlı sayəsində doğrunu tapır. Tapmacalar nəsrlə olduğu kimi, nəzmlə də olur.
Aşağıda sizlərə tapmacalar toplusunu təqdim edirik:
[vc_row][vc_column width=”1/3″]
Alaca, ha bulaca,
Səpdirmişəm yamaca,
Düz dırmaşar ağaca.
Açması: Lobya
Anaxanım atlandı,
Qol-qanadı qatlandı.
Açması: Kələm
Babam oturub al çuxada,
Kim soyundursa gözü çıxar.
Açması: Soğan
[/vc_column][vc_column width=”1/3″]
Bağda bitər tağı yox,
Ha sıxarsan yağı yox.
Açması: Bibər
Bədəni yerdə,
Saqqalı göydə.
Açması: Turp
Bir damım var, qapısı yox.
Açması: Qarpız
[/vc_column][vc_column width=”1/3″]
Lalalar, ay lalalar,
Laladan piyalalar,
Qol-budağı çiçəklər,
Köklərindən balalar.
Açması: Kartof
Ləyənda, ay ləyəndə,
Gül boynunu əyəndi,
Yeyilər kal vaxtında,
Yemək olmaz dəyəndə.
Açması: Xiyar
Ağ yerə toxum səpərlər.
Açması: Yazı
[/vc_column][/vc_row]
[vc_row][vc_column width=”1/3″]
Ağzı birdi, dili mindi,
Gah belə deyir, gah elə.
Açması: Qələm
Ağca atı nalladım,
Səmərqəndə yolladım.
Açması: Məktub
Arpa yemir, saman yemir,
Anqırır heyvan kimi.
Açması: Paravoz
[/vc_column][vc_column width=”1/3″]
Bir qapağı, Min yarpağı.
Açması: Kitab
Bir qarpızım var cığal
Üstünə dünya sığar.
Açması: Qlobus
Bir sehirli fanaram,
Kibritsiz də yanaram
Nə yerdə yox, nə göydə
Havadan sallanaram.
Açması: Elektrik lampası
[/vc_column][vc_column width=”1/3″]
Quş deyil qanadı var,
Quşlardan yeyin uçar.
Açması: Təyyarə
Dolanar bütün ərzi,
Aşar dağı, dənizi.
Gəzib göydə gecələr
Gəlib yerdə dincələr.
Açması: Kosmonavt
Gedir-gedir izi yox,
Kəsir-kəsir qanı yox.
Açması: Paraxod
[/vc_column][/vc_row]
[vc_row][vc_column width=”1/3″]
O nədi ki, yeməyi benzindi,
Ayağı rezindi.
Açması: Avtomobil
Özü qara, sözü ağ.
Açması: Yazı lövhəsi
O nədi ki, içində qışdır,
Çölündə bahar.
Açması: Soyuducu
[/vc_column][vc_column width=”1/3″]
Yarpağı var, ağac deyil.
Tikilir, paltar deyil.
Danışır, adam deyil.
Açması: Kitab
Bazarda satılmaz,
Tәrәzidә çәkilmәz.
Baldan şirindir,
Amma yeyilmәz.
Açması: Yuxu
İki kürküm var,
On qardaşa çatar.
Bunu kim tapar?
Açması: Əlcәk
[/vc_column][vc_column width=”1/3″]
Bәdәni var, başı yox.
Qolları var, ayağı yox.
Qarnını yırt, qanı yox.
Açması: köynәk
Yumru tәkәr
Әllәrdә gәzәr.
Açması: dәf
Toydadüyündә gәzәr,
Sәsi alәmi bәzәr.
Qabırğası qatbaqat,
Gah yavaş, gah da bәrk dart.
Açması: qarmon
[/vc_column][/vc_row]
[vc_row][vc_column width=”1/3″]
Qanadı var uçmağa,
İynәsi var sancmağa,
Sevir işi, zәhmәti,
Odur ki, var hörmәti.
Açması: arı
Bir ağacım var,
Bir gövdәsi,
Beş budağı,
Hәr budaqdan bir sәdәf
Açması: qol
Aşmaz,uçmaz
Yerә düşsә,
Beli sınmaz.
Açması: Yarpaq
[/vc_column][vc_column width=”1/3″]
Әyriüyrü boy atar,
Ayağı yerә batar.
Salxımsalxım sallanar
Altında sarvan yatar.
Açması: Söyüd ağacı
İnәyim var eşikdәdi,
Ayıili eşikdәdi,
İldә bir kәrә sağılar.
Özü yenә eşikdәdi.
Açması: Bağ
Uzanar, ha uzanar,
Qollarınnan balalar.
Açması: Ağaclar
[/vc_column][vc_column width=”1/3″]
Ovun alsan mırıldar,
Sığallasan xoruldar.
Açması: Pişik
Ağzı qara boz bәylәr,
Vursan ağzın әyilәr
Açması: Canavar
Ağızı var, dili olmaz,
Yüz ağac vur çığırmaz.
Açması: Balıq
[/vc_column][/vc_row]
[vc_row][vc_column width=”1/3″]
Adam deyil, әlayağı, dişi var,
Әcәb şeydi, qәrәvәllә işi var.
Açması: Meymun
Bağda sürünәr gәzәr,
Azaz görünәr gәzәr,
Oxşuyar bir yumağa
Qorxuram әl vurmağa.
Açması: Kirpi
[/vc_column][vc_column width=”1/3″]
Qaya altdan qaz gedәr,
Burnun qulazlar gedәr,
Bir il buğaya gәlәr,
Yeddi il boğaz gedәr.
Açması: Fil
Qızılgül beçә verdi,
Sana gör neçә verdi?
Yarpaqsız ağac gördüm.
Torpaqsız beçә verdi
Açması: Maral buynuzu
[/vc_column][vc_column width=”1/3″]
Bir axmaq öküzüm var,
İylәndirib әt yeyәr.
Açması: Ayı
Bir atım var minә bilmirәm.
Ağzını açsa dinә bilmirәm.
Açması: Şir
[/vc_column][/vc_row]
[vc_row][vc_column width=”1/3″]
Dağdan, qayadan aşar,
Pişik kimi dırmaşar.
İlan kimi sürünәr,
Divardan bәrk yapışar.
Açması: Kәrtәnkәlә
Dik çıxanda ildırım,
Dik enәndә digirqoz.
Açması: Dovşan
Dilimdilim nar,
Dizimәcәn qar,
Yeddi dananın gönü,
Bircә ayağıma dar.
Açması: Siçan
[/vc_column][vc_column width=”1/3″]
Yer altında yağlı küt.
Açması: Porsuq
O nәdir ki, evә girmәz,
Sәdaqәti eldә gәzәr.
Açması: İt
Ayağı yoxdur, qaçır,
Qanadı yoxdur, uçur.
Açması: Bulud
[/vc_column][vc_column width=”1/3″]
Araba gedәr, izi yox,
Yanar, yanar, közü yox.
Açması: Günәş
Bir ağacım var, on iki budağı.
Hәr budağın otuz yarpağı.
Hәr yarpağın bir üzü qara, bir üzü ağ.
Açması: il, ay, gün
Bir qızıl öküzüm var,
Harda yatsa ot bitmәz.
Açması: Od
[/vc_column][/vc_row]
[vc_row][vc_column width=”1/3″]
Biri gedәr, gәlmәz,
Biri yatar, durmaz.
Açması: Tüstü, kül
Qәndә oxşar dadı yox,
Göydә gәzәr qanadı yox.
Açması: Qar
Göydә doğular,
Yerdә boğular.
Açması: Yağış
[/vc_column][vc_column width=”1/3″]
Bostanda var bir arvad,
Paltar geyib qatbaqat.
Açması: Kәlәm
Ağ qız çimәndә uzanır.
Açması: düyü
Göydәn bir dәri düşdü,
Toyuq ona yürüşdü.
Açması: tut
[/vc_column][vc_column width=”1/3″]
Yer altında qıllı baş.
Açması: soğan
Dilbәr zindanda, saçı eyvanda.
Açması: çuğundur
Axşam doğular,
Sәhәr yer ovar,
Axşam yığılar ,
Sәhәr dağılar.
Açması: cücә
[/vc_column][/vc_row]
[vc_row][vc_column width=”1/3″]
Başı darağı,
Quyruğu orağı .
Açması: xoruz
Beldә qurşaq göy olar,
Diksәn daşdan ay olar.
O hansı ağacdır ki,
Hәr fәsildә göy olar.
Açması: şam ağacı
Gedәr, gedәr ayağı yox,
Adam öldürәr, әli yox.
Köynәyi var, tikişi yox,
Yumurta salır, tükü yox.
Açması: ilan
[/vc_column][vc_column width=”1/3″]
O nәdir ki, qızıl öküz yatar durmaz?
Qara öküz gedәr gәlmәz?
Açması: köz, tüstü
Gah әyilәr, gah qalxar,
Hәmişә bizi qabaqlar
Açması: kölgә
Nә yerdәdi, nә göydә,
Nә göydәdi, nә yerdә.
Açması: pәncәrә
Hacılar hacıdı,
Başmağı narıncıdı.
Yarpaq açmır,
qol atmır,
Tap görüm nә ağacıdı?
Açması: Maral buynuzu
[/vc_column][vc_column width=”1/3″]
Kәklik daşda gәzәr,
Qәlәm qaşda gәzәr.
Görәsәn o nәdir ki,
Hәmişә başda gәzәr?
Açması: ağıl vә fikir
Üç yüz altmış beş yaşı var,
Ancaq ikicә qardaşı var.
Bir adam görmüşәm mәn,
Әlli iki dörd qolu,
On iki başı var.
Açması: il, ay, fәsil, hәftә, günәş, ay
Әzizim qara nәdir?
Qaş üstә qara nәdir?
Gönü göy, әt qırmızı,
Sümüyü qara nәdir?
Açması: Qarpız
[/vc_column][/vc_row]
[vc_row][vc_column width=”1/3″]
Mәn aşiqәm azalmaz,
Xotkar payın az almaz.
Aşıq bir şam görübdü,
Yanar yağı azalmaz.
Açması: Günәş
Qat qalası,
Can piyalası.
Uçdu anası,
Qaldı balası.
Açması: saman–buğda
Gündüzlәr dolanar,
Gecәlәr ağzı açıq yatar.
Açması: ayaqqabı
[/vc_column][vc_column width=”1/3″]
Әt dirәyin başında
Dәmir deşikli papaq.
Açması: üskük
Yer altında sarı biz.
Açması: kök
Lәyәndә, ay lәyәndә, Gül boynunu әyәndә,
Yeyilәr kal vaxtında,
Yemәk olmaz dәyәndә.
Açması: xiyar
[/vc_column][vc_column width=”1/3″]
Bir dağarcıq unum var,
İçindә bir oxlov.
Açması: İydә
Bir tәndirim var iki çörәk tutur.
Açması: qoz
Bu yanı taxta, o yanı taxta,
Yumru bәy otaqda.
Açması: Fındıq
[/vc_column][/vc_row]
[vc_row][vc_column width=”1/3″]
Çölü sarı, içi darı.
Açması: Әncir
Bir damım var,
tәk dirәkli.
Açması: Göbәlәk
Ağzın açar, zәhәr saçar,
Onu görәn geri qaçar.
Açması: İlan
[/vc_column][vc_column width=”1/3″]
Altı taxta, üstü taxta,
Bәy oturub otaqda.
Qoyun deyil, otlayır,
Toyuq deyil, yumurtlayır.
Açması: Tısbağa
Yatanda yumru yatar.
Әtin dәrmana qatar.
Hәr kim tutmaq istәsә,
Tikanı әlinә batar.
Açması: kirpi
Gündüz yatar yuvada,
Gecә gәzәr obada.
Açması: Yarasa
[/vc_column][vc_column width=”1/3″]
Nağaraçı nağara çalır,
Nә nağarası var, nә çubuğu.
Açması: Ağacdәlәn
Qanadı var quş deyil,
Dişlәyir, ilan deyil.
Açması: Ağcaqanad
Yazda yığır yemәyini,
Çox sevir öz әmәyini.
Yeyibyatır baharadәk.
Nәdir adı tapın görәk.
Açması: Qarışqa
[/vc_column][/vc_row]
[vc_row][vc_column width=”1/3″]
Balaca quyu,
İçindә suyu,
Ağcadan ağdı,
Sarıdan sarı.
Açması: Yumurta
Alçaq dağdan qar yağar.
Açması: ələk və un
Bir sinidə iki toyuq, biri isti biri soyuq.
Açması: Ay və Günəş
Çəpər üstə çal xoruz.
Açması: boranı-balqabaq
O hansı heyvandı anadan saqqallı doğular?
Açması: keçi
[/vc_column][vc_column width=”1/3″]
Qızılgül pardaxlandı,
Qol atıb çardaxlandı,
Torpaqsız yerdә bitdi,
Yarpaqsız budaqlandı.
Açması: Maral buynuzu
Suya girər lillənər, sudan çıxar dillənər.
Açması: zınqırov
Bir quşum var, düz uçar.
Açması: güllə
Ağ sinidə ağ təpə.
Açması: plov
Aşıq su deyib ağlar,
Bülbül su deyib ağlar,
Dəryada bir gül bitib,
O da su deyib ağlar?
Açması: ürək
[/vc_column][vc_column width=”1/3″]
Nәnәyә dәymәz, babaya dәyәr,
Xalaya dәymәz, bibiyә dәyәr,
Allaha dәymәz billaha dәyәr
Açması: Dodaqlar
Kəkliyin qan ayağı,
Qan əli, qan ayağı,
Aşıq bir şey görübdür,
Üç başı, on ayağı.
Açması: sağıcı, inək və buzovu
Hacılar Həcə gedir,
Cəhd edir gecə gedir,
Bir yumurta içində
Qırx iki cücə gedir.
Açması: nar
Ağaca çıxdım adamla
Bir nəlbəki badamla,
Nə dili var, nə ağzı,
Hey danışır adamla.
Açması: kitab
Şərəbanı gəzər obanı,
Altı dişi, iki dabanı.
Açması: tərəzi
[/vc_column][/vc_row]