Dünya

Rusiyanın Ankaradakı səfiri Andrey Karlov silahlı hücum nəticəsində öldürülüb – VİDEO

yaaz.az Andrey Karlov heyatini itirib
681views

Rusiyanın Ankaradakı səfiri Andrey Karlova Ankarada silahlı hücum olub.

Ankarada Müasir İncəsənət Mərkəzində təşkil edilmiş rəsm sərgisində iştirak edən cənab Karlov silahlı hücum nəticəsində aldığı güllə yaralarından həyatını itirib. Hücum zamanı digər şəxslərin də yaralandığı deyilir.

Bundan bir gün əvvəl Türkiyədə Rusiyanın Suriyaya hərbi müdaxiləsinə qarşı etirazlar keçirilib.

Rusiya televiziyasının yaydığı xəbərə görə, səfirin iştirak etdiyi sərgi “Türklər Rusiyanı necə görür” adlanıb.

yaaz.az Rusiyanın Ankaradakı səfiri silahli hucum neticesinde oldurulub
Andrey Karlovun hücumdan əvvəlki görüntüləri

Videolarda Ankaradkı Rusiya səfirini vuran kostyumlu şəxs “Suriyanı unutmayaq, Hələbi unutmayaq, Allahu əkbər!” qışqırır.

Anadolu agentliyinin yaydığı xəbərə görə silahlı şəxs, xüsusi Polis qüvvələrinin əks hücumu ilə öldürülüb.

Türkiyə və Suriya arasında münasibətlər Suriya münaqişəsində iştirakları ilə bağlı gərginləşib.

Türkiyənin xarici işlər naziri Mevlut Çavuşoğlu Moskvaya Rusiya və İranla Suriya barəsində danışıqlar aparmaq üçün yollanmalı idi.

1954-cü ildə doğulmuş cənab Karlov, 2013-cü ildən Ankarada səfirdir.

https://www.youtube.com/watch?v=5TgJ8oA32-g