Səyahət

Çiçen-İtza | Dünyanın yeni yeddi möcüzəsindən biri

Çiçen-İtsa
1.68Kviews

Chichen Itza (ya da oxunuşu ilə Çiçen İtza).

Çiçen-İtza, Meksikanın Yukatan Yarımadasında, Valladolid və Mrida arasında yer alan, Kolumbdan öncəsi dövrdə qurulmuş bir İtza Maya şəhəridir. Yəqin ki, bir vaxt Yukatanın dini mərkəzi olmuşdur. Hazırda Meksikanın ən çox ziyarət edilən ikinci arxeoloji abidəsinin sahəsidir.

1000 Sütunlu döyüşçülərin məbədi

Chichen-İtzadakı El Castillo (qala) adı ilə tanınan Kukulkan (Kukuul Xaqan) piramidasının hündürlüyü üst platformaya nisbətən 24 m-dir. (10. əsr sonunda hündürlüyü 40 m olan Uxmaldakı piramidadan daha alçaqdır. 7 iyul 2007-də seçilən dünyanın yeni yeddi möcüzəsindən biridir. Əfsanəyə görə şəhər 10-cu əsrdə Quetzalcoatl rəhbərliyindəki Toltekler-cədən alınmışdır.

Caracol deyilən rəsədxana.

Şəhərdəki mühüm tikililər bunlardır:

  • Qala adı ilə tanınan Kukulkan Məbədi, ya da Kukulkan Piramida: Mayalar bu piramida ilə astronomiya və riyaziyyat biliklərini ortaya qoymaq istəyirdilər və müəyyən bir sistemlə inşa etmişlər. Məsələn, 4 cəbhəsinin hər birində 91 pillə yer alır ki, beləliklə 4×91-lə hesabladığımız zaman 364 sayına ən təpədəki düzü (1) də əlavə edəndə ildəki günlərin sayı olan 365-i tapırıq. Bundan başqa, piramidanı elə bir şəkildə idarə etmişlər ki, yaz və payızda gecə-gündüz bərabərliyi baş verdiyi an, piramidaya gələn günəş işıqları piramidanın çıxıntıları sayəsində, pilləkən pillələrinin dibində olan iki ilan başı yontusunun S-lər çəkən bir gövdə davamı olacaq şəkildə bir kölgə təşkil edir. (İki başlı ilan). Bu ilan, Kukulkan adı ilə tanınan tanrı tüklü ilandır. (İlanın bir xüsusiyyəti bədəninin göy cisimlərinin orbitləri şəklini ala bilməsi ilə S-lər çəkə bilməsidir). Bundan başqa, piramidanı inandıqları yeraltı aləmin qatları sayı kimi 9 fərqli səviyyə halında hazırlamışlar. Piramidanın zirvəsindən baxdıqda 300 hektarlıq bir görüş sahəsinə sahib olunur, yəni şəhərdəki bütün tikililər görülə bilinməktədir.
  • Caracol deyilən rəsədxana.
  • Adı Maya dilində “sirli yazıların evi” mənasına gələn Akab Dzib.
  • Baş keşişin məbədi.
  • Döyüşçülər məbədi.
  • Top oyunu meydançası.
  • İspanca “rahibələr monastırı” adı verilmiş rəhbərlik sarayı.
  • Müxtəlif məbədləri ehtiva edən, “Qədim Chichen” tikililər qrupu.