CihazlarMaraqlı

Yaponlar, bir çox kişinin xəyalını gerçəyə çevirdilər

811views

‘Otaku’lara müjdə: Animasiya sevgili xəyalı gerçək oldu.

Yaponlar, bir çox kişinin xəyalını gerçəyə çeviriblər və Hikari Azuma adlı bir animasiya xarakterinin holoqram formasında içərisində olduğu Gatebox adlı bir qurğu hazırlayıblar.

Həyatlarını animasiyaya həsr edən ‘otakuların’ xəyalları, Yapon bir elektron firması tərəfindən həyata keçirilib. Virtual bir animasiya xarakterini sevgili olaraq əldə etmək istəyənlər üçün hazırlanan Gatebox’da Hikari Azuma adlı 20 yaşında və 1.58 boyunda bir xarakter iştirak edir. İxtisas sahəsi yumurta bişirmək olan Azuma, ən sevdiyi şeylərdən biri isə ‘donalt’dır.

Hikari

Google Home və ya Amazon Echo kimi süni zəkaya sahib Hikari, ev əşyalarına nəzarət etməklə yanında ‘Bu gün hava yağmurlu, çətirini al’ kimi tövsiyələr də verə bilir.

Zaman içində ‘sahibinin’ vərdişlərini öyrənib, onu uyğunlaşma təmin edir. Gatebox saytındakı məlumata görə, ‘yalnız yaşayanlar üçün’ olduğu ifadə edilən Hikari, ‘sahibi’ dediyi partnyoru üçün əlindən gələn hər şeyi edir. Hikari, ‘qabaqlayıcı təsirli səsiylə’ danışarkən, öz mühakimə bacarığını istifadə edir və zamanla ‘sahibini’ tanıyaraq vərdişlərini öyrənib ona görə hərəkətlə edir.

Hikari Message

‘Sahibini’ əsla tək buraxmayan Hikari ilə xüsusi bir mesajlaşma tətbiqi üzərindən istənilən an mesajlaşmaq da həmçinin mümkündür.