Kino

Daniel Craig “Agent 007: James Bond” roluna son qoymaq qərarına gəlib

670views

İngilis aktyor, deyilənlərə görə, 68 milyon funt sterlinq qonorardan imtina edib.

Britaniyanın “The Daily Mail” qəzetinin yazdığına görə Daniel Craig növbəti 2 James Bond filmində rol alması üçün gələn təklifdən imtina edərək superagent 007 roluna son qoymaq  qərarına gəlib. Bond rolunu oynuyan aktyorlar arasında Daniel ən çox gəlir əldə edən aktyordur. O, 4 filmə görə 38 milyon funt sterlinq qazanıb. Aktyor “Casino Royale”, “Quantum of Solace”, “Skyfall” və “Spectre” filmlərində Bond rolunun ifaçısı olmuşdur.

Bir neçə gün əvvəl yayılan xəbərlərə görə aktyor Tom Hiddleston növbəti Bond ola bilər. 35 yaşlı aktyor bu yaxınlarda özü də təsdiq etmişdir ki,Craigi əvəz etməyə hazırdır və o, 007-nin böyük fanatlarından biridir. Hiddleston əsasən “Avengers: Age of Ultron” və “Thor” filmlərindəki Loki personajına görə daha məhşurdur.

Elnur Cəfərov
idman xəbərləri yazarı