Futbol

“Qarabağ” Respublika stadionundan imtina etdi

634views

“Qarabağ” Avropa Liqasının qrup mərhələsində ilk ev oyununu Tofiq Bəhramov adına Respublika stadionunda keçirməyəcəyini rəsmən bəyan edib. Bununla bağlı yayılan açıqlamada bildirilir ki, Tofiq Bəhramov adına Respublika stadionunun ot örtüyündə olan problemlər səbəbindən “Qarabağ” Avropa Liqasının qrup mərhələsində ilk ev oyununu Olimpiya stadionu və ya “Dalğa Arena”da keçirəcək:  “Son qərar yaxın günlərdə açıqlanacaq”.

Qeyd edək ki, “Qarabağ” ilk ev oyununu sentyabrın 15-i Çexiyanın “Slovan” klubuna qarşı keçirəcək.

Elnur Cəfərov
idman xəbərləri yazarı