Ötən ilin qış mösümündə etdiyi transferlərlə futbol dünyasına səs salan Çin klubları, 2017-ci ilə də yeni transferlərlə girmək arzusundadır.
Dövlətin təşəbbüsü ilə son illərdə böyük bir investisiyanın parçası olan Çin futbolu, transfer bazarındakı çıxışları ilə Avropa klublarını geridə buraxmağa başladı.
Keçən mövsüm Hulk, Alex Teixeira, Ramires və Jackson Martinez kimi oyunçulara yüksək ödənişlər edən Çin klubları, 2017-ci ildə də bu sahəyə sərvətlərini xərcləməyə hazırlaşır.
Carlos Tevez və Chelseanın Braziliyalı oyunçusu Oscar’ın ardından bu sezon növbəti transfer xəbəri Fransadan gəlib.
İllik 20 milyonluq təklif
Fransa mediası, Çin Super Liqasına yeni yüksələn Tianjin Songjiang klubunun, PSG’nin Cənubi Amerikalı ulduzu Edinson Cavani və Xavyer Pastore’ni transfer etmək istədiyi barədə məlumat yayımlayıb.
İtalyan futbolunun əfsanələrindən Fabio Cannavaro’nun baş məşqçisi olduğu Tianjin klubu, Cavani üçün PSG’yə 50 milyon avro, özünə isə illik 20 milyon avro təklif edib.
Ölkənin ən böyük dördüncü şəhərinin komandası olan Tianjin Songjiang’ın transferdəki ikinci hədəfi isə Argentinalı oyunçu Javier Pastore’dir.
Çempionlar Liqası və Ligue 1-də çempionluq mübarizəsi aparan PSG’nin ulduzlarını asanca buraxacağı gözlənilmir ancaq Tianjin’in Avropa bazarında səs salacaq transferlər edəcəyini söyləyə bilərik.