Dünya

Boeing 767 tipli sərnişin təyyarəsi uçuşa cəhd edərkən alovlanıb – Video

862views

ABŞ-ın Çikaqo ştatında Boeing 767 tipli bir sərnişin təyyarəsi, uçuşa cəhd edərkən alov alıb.

Təyyarədə olan sərnişinlər evakuasiya edilərkən, yanğın xilasetmə qruplarının müdaxiləsi ilə söndürülüb.
Amerikanın Çikaqo ştatından Miami’yə gedəcək olan Amerikan Hava yollarına bağlı Boeing 767 tipli təyyarənin alovlanma səbəbi hələ bilinmir. ABŞ-ın ən sıx havalimanlarından biri olan O’Hare Havalimanı hadisə ilə əlaqədar bir müddət uçuşa bağlı qalıb. Hadisədə ölən ya da yaralanan olmazkən, Amerika Vətəndaş Havaçılıq Dairəsi, alov alan təyyarə ilə əlaqədar araşdırma başladılacağını açıqlayıb.